Modern.az

Leysan yağışları çaylarda sululuğu artırıb

Leysan yağışları çaylarda sululuğu artırıb

22 İyun 2010, 13:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, iyun ayının 20-dən 21-nə keçən gecə və səhər yağan leysan yağışları nəticəsində Balakən-Şəki, bölgəsinin Şinçay, Kişçay, Ağçay, Hamamçay, Kürmükçay, Əyriçay, Daşağılçay çaylarından qısamüddətli daşqın keçib.
Gürcüstan ərazisndə Qanıx çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, eyni zamanda, Balakən-Şəki bölgəsi çaylarından keçən daşqınlarla əlaqədar, son 6 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 21 sm artıb. Həmçinin, Gürcüstan ərazisndə Kür çayının hövzəsinə yağan leysan yağışları nəticəsində, son 6 gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 52 sm artıb.
Hazırda ən yüksək sululuq Quba-Xaçmaz bölgəsi çaylarında və Balakən-Şəki bölgəsinin Kişçay çayında müşahidə olunur və ongünlük nomanın 116-261%-ni təşkil edir. Digər çaylarda isə normaya yaxın və normadan aşağı sululuq müşahidə edilir.

Tranzit çaylarda hazırki vəziyyət
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 588 m3/san (ongünlük normanın 145 %-)i təşkil edir.
Qanıx çayının Əyriçay məntəqəsində su sərfi 131 m3/san ( ongünlük normanın 80%-)i təşkil edir.

İyunun 21-də saat 08:00 -dan iyunun 22-də saat 08:00-dək Kur, Araz və Qanıx çaylarında səviyyənin fərqi və su sərfi haqqında mövcud vəziyyət aşağıdakı kimidir:
Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 358 sm, su sərfi 588 m3/s təşkil edir (səviyyə18 sm artıb ).
Kür çayının Yevlax məntəqəsində səviyyə 323 sm, su sərfi 535 m3/s təşkil edir (səviyyə 2 sm azalıb).
Kür çayının Zərdab məntəqəsində səviyyə 680 sm, su sərfi 690 m3/s təşkil edir (səviyyə 10 sm azalıb).
Kür çayının Surra məntəqəsində səviyyə 815 sm, su sərfi 1162 m3/s təşkil edir (səviyyə 5 sm azalıb).
Kür çayının Şirvan məntəqəsində səviyyə 733 sm təşkil edir (səviyyə 8 sm azalıb).
Kür çayının Salyan məntəqəsində səviyyə 726 sm, su sərfi 1130 m3/s təşkil edir (səviyyə 7 sm azalıb).
Kür çayının Bankə məntəqəsində səviyyə 423 sm təşkil edir (səviyyə 3 sm azalıb).
Araz çayının Novruzlu məntəqəsində səviyyə 553 sm, su sərfi 411 m3/s təşkil edir (səviyyə 10 sm azalıb).
Qanıx çayının Əyriçay məntəqəsində səviyyə 664 sm, su sərfi 132 m3/s təşkil edir (səviyyə 1 sm artıb).

6-9 iyun tarixlərindən başlayaraq 22 iyun tarixinədək Kür çayının Yevlax məntəqəsində səviyyə 184, Zərdabda 132, Surrada 83, Şirvanda 77, Salyanda 80, Bankədə 38, Araz çayının Novruzlu məntəqəsində isə 117 sm azalıb.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi