Bu prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib ki, bu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən və 13 nəfərin qətlə yetirildiyi hadisə ilə bağlı indiyə kimi 1600-dən artıq şahid dindirilib, 60-dan artıq ekspertiza keçirilib. Onun sözlərinə görə, hadisəni törədən Fərda Qədirova Azərbaycana qanunsuz yolla silah keçirməkdə kömək etmiş, cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyən Nadir Əliyev, Ariz Qabulov, Nəcəf Süleymanov, Cavidan Əmirov həbsdədirlər.
Z. Qaralovun sözlərinə görə, cinayət içi ilə bağlı yaradılan istintaq-əməliyyat qrupu həm Gürcüstanda, həm Rusiyada, həm də Ukraynada istintaq hərəkətləri aparır.