Modern.az

Prokurorluqların bir sıra məsul şəxsləri intizam məsuliyyətinə cəlb edilib

Prokurorluqların bir sıra məsul şəxsləri intizam məsuliyyətinə cəlb edilib

22 İyun 2010, 13:46

Baş prokuror Zakir Qaralovun əmri ilə konkret cinayət işinin ibtidai araşdırılması zamanı hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması hallarına yol verildiyinə görə Bakı şəhəri və Binəqədi rayon prokurorluqlarının bir sıra məsul vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb edilməklə, bu sahədə işin düzgün təşkili məqsədilə konkret tapşırıqlar verilib.

Həmin tapşırıqların icrası ilə əlaqədar Baş prokurorun birinci müavini Rüstəm Usubovun sədrliyi ilə Bakı şəhər prokurorluğunda Mərkəzi aparatın məsul əməkdaşlarının, şəhərin rayon prokurorları və onların müavinləri, Daxili İşlər Nazirliyinin istintaq qurumunun məsul əməkdaşının, Bakı şəhər Baş Polis idarəsinin İstintaq idarəsinin və rayon Polis İdarələrinin istintaq şöbələrinin rəhbərlərinin iştirakı ilə istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin artırılmasına həsr edilmiş geniş əməliyyat müşavirəsi keçirilib. Baş Prokurorluğun məlumatına görə, müşavirədə sözügedən sahədə işin düzgün təşkili məqsədilə tədbirlər müəyyənləşdirilib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi