Modern.az

Lukaşenko Yanukoviçə sığınacaq verməyə hazır olduğunu bəyan etdi

Lukaşenko Yanukoviçə sığınacaq verməyə hazır olduğunu bəyan etdi

23 May 2014, 12:24

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyada gizlənən Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə siyasi sığınacaq verməyə hazır olduğunu bildirib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Lukaşenko bunu “Dojd” telekanalına müsahibəsində deyib. O, Ukraynanın keçmiş daxili işlər naziri Vitali Zaxarçenkounun Ukraynadan qaçandan sonra Belarusa gəlməsi ilə bağlı məlumatı isə təkzib edib: “Bu şayiədir, o, Rusiyadadır. O tam əvvəldən bu ölkədə olub. Əgər Belarusda olsaydı siz deyərdim”.

“Yanukoviçə öz ölkəsində sığınacaq verərdimi” sualına Batka belə cavab verib: “Yanukoviçlə bağlı situasiya fərqlidir və müxtəlif variantlar var. Ancaq mən ona imtina etməzdim. Mənim bundan imtina etməyə haqqım da yoxdur. Mən bu haqda düşünmüşəm, o, dostumdur”.

Qeyd edək ki, fevralın 25-də Ukrayna parlamenti Yanukoviç də daxil olmaqla ölkənin yüksək vəzifəli şəxslərinin məsuliyyətə cəlb olunması ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. Bir gün sonra Yanukovic və Zaxarçenko barəsində beynəlxalq axtarış elan olunub. Onların hər ikisi Rusiya ərazisində gizlənirlər. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi