Modern.az

Müəllim Türkiyə prezidenti olmaq istəyir

Müəllim Türkiyə prezidenti olmaq istəyir

23 May 2014, 15:08

Biologiya müəllimi olan Fikiriyə Uz Türkiyədə avqust ayında keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezidentliyə namizədliyin irəli sürülməsinə təxminən bir ay qalsa da, Samsundan Türkiyə Böyük Millət Məclisinə gələn Uz prezidentliyə namizədliyi üçün bunları deyib:
“Mən tanınmış birinin qızı, qardaşı və yoldaşı deyiləm. Mən xalqın özüyəm. Mən bir müəlliməm. Ədalətli şəxsiyyətim, şəfqətim, xoş görüşüm və mərhəmətim ilə mən prezidentliyə namizədəm. İllərdir qürur duyaraq etdiyim müəllimliyimdə hər profildən insanı tanıdım, insanların gözləntilərini, ruhi vəziyyətlərini və ehtiyaclarını bilirəm. O səbəbdən Türkiyə Böyük Millət Məclisindəki millət vəkillərindən sıradışı davranıb bu səfər prezidentliyə namizəd kimi məni dəstəkləmələrini gözləyirəm. İnsanın içində ədalətsizlik duyğusu yığılar, bir üsyana çevrilər. “Görəsən, mən nə edərəm?” deyərsiniz. Mənim də xəyalim yüksələn qəşəng plazalar deyil, bir parça insanlığın yüksəlməsidir”. 

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir