Modern.az

Sabir Rüstəmxanlı yenicə and içən hakimlərdən başqa münasibət gözləyirmiş

Sabir Rüstəmxanlı yenicə and içən hakimlərdən başqa münasibət gözləyirmiş

22 İyun 2010, 14:31

 

Modern.az xəbər verir ki, parlamentin bügünkü iclasında məhkəmə hakimlərinin təyin olunması məsələsinin müzakirəsində çıxış edən Sabir Rüstəmxanlı deyib: “Mən də bu hakimlərin çoxunu tanıyıram. Düzdü, onların içərisində hakimliyə layiqli şəxslər var. Onlar cəmiyyətdə qüsür olduqda , bu qüsürün da məhkəmə sistemində olacağını bildirib. Burada test məsələsinə toxunuldu. Bəzən mənə məktublar gəlir. O şikayətlərin əksəriyyəti ondan ibarətdir ki, testlərin yoxlama mərhələsində ən yüksək bal toplayan insanlar, şifahı sorğuda çox aşağı qiymətlərlə müsabiqədən kənarlaşdırırlar”. Deputat bu məsələnin dəqiqi araşdırılamasını, qiymət verilməsini istəyib.

Sabir Rüstəmxanlı Konsitutsiya Məhəkəməsinin Milli Məclisdə təsdiq olunan hakimlərinin andiçmə mərsimindən başqa münasibət gözlədiyini də qeyd edib: “Gözləyirdim ki, heç olmasa onlar çıxıb deyəcəklər ki, “Milli Məclis salam”, “Sabahanız xeyir”. Mən bunu görmədim. Ona görə də hesab edirəm ki, münasibətləri təkmilləşdirməyə ehtiyac var”.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq