Modern.az

QHT-lər Qarabağ həqiqətlərinin dünyaya çatdırılma yollarını müzakirə ediblər

QHT-lər Qarabağ həqiqətlərinin dünyaya çatdırılma yollarını müzakirə ediblər

22 İyun 2010, 15:04

 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində QHT-lərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş ikinci dəyirmi masa keçirilib. Tədbirdə millət vəkili, tarixçi alim Cəmil Həsənli, millət vəkili “Lider qadınlar” İctimai Birliyini sədri Məlahət İbrahimli, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin  rəhbəri Aydın Kərimov və Qarabağ mövzusunda dövri mətbuatda çıxış edən jurnalistlər iştirak ediblər.

 

Bu barədə məlumat verən BAMF-ın sədri Umud Rəhimoğlunun sözlərinə görə, toplantıda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu və imkanları bir daha müzakirə edilib: “Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması qərara alındı. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında keçirilən I toplantıda irəli sürülən təkliflər bir daha müzakirə edildi və onların əsasında vahid fəaliyyət proqramının hazırlanması  nəzərdə tutuldu”.

 

Qarabağ həqiqətlərinin təbliğində effektivliyin artırılması üçün QHT-lərin iştirakı ilə yaranacaq yeni koordinasiya qurumunun bu günlərdə adının müəyyənləşəcəyini, məramnaməsinin hazırlanacağını deyən U.Rəhimoğlu aparılan təbliğat işinə ictimaiyyətin münasibətinin  və rəyinin öyrəniləcəyini də  bildirib.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir