Modern.az

BMT-nin baş katibi İlham Əliyevə məktub göndərib

BMT-nin baş katibi İlham Əliyevə məktub göndərib

22 İyun 2010, 15:39

Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizdə yeni rezident-əlaqələndiricisi Fikrət Akçuranı qəbul edib. Dövlət başçısı Fikrət Akçuranı BMT-nin Azərbaycanda rezident-əlaqələndiricisi kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Azərbaycan ilə BMT arasında əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirib.

Fikrət Akçura deyib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi kimi, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir və qardaş Azərbaycanda BMT-nin rezident-əlaqələndiricisi vəzifəsinə təyin olunmasından qürur duyur. O, dövlət başçısını əmin edib ki, BMT ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcək.

Fikrət Akçura BMT-nin baş katibi Pan Gi Munun məktubunu Prezident İlham Əliyevə çatdırıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər