Modern.az

Türkiyədən 50-yə yaxın həkim Naxçıvana gəlir

Türkiyədən 50-yə yaxın həkim Naxçıvana gəlir

Qarabağ

22 İyun 2010, 16:45

26-30 iyun 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə  Naxçıvan Muxtar Respublikasında “Duzdağ” otelində Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfrans keçiriləcək. Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyə Cumhuriyyətindən 50-yə yaxın elm adamları, alimlər və həkimlər qatılacaq. Konfransda Naxçıvan həkimləriylə yanaşı, Bakıdan və Gəncədən də 20-dən çox elm adamları, gastroentoloqlar və həkimlər iştirak edəcək.

Qeyd edək ki, daha əvvəl analoji Beynəlxalq Gastroenteroloji Konfrans 2008-ci ilin noyabr ayının 27-29-da Türk Gastroenteroloji Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilmişdi. Konfransın nəticəsi olaraq Azərbaycan və Türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşmiş, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdı.

“Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının  əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.

Bu gün blokada şəraitində yaşayan Naxçıvanın diqqət mərkəzində saxlanması baxımından Konfransın Beynəlxalq əhəmiyyətini nəzərə alaraq Konfransın təşkilatçıları olan ATXƏM və  Türk Gastroenteroloji Vakfı Beynəlxalq Akademik Tibb toplantılarıyla yanaşı, Naxçıvanın qədim tarixi, mədəniyyəti, elm və təhsili, bu günki vəziyyətilə bağlı da ayrıca bir konfransın keçirilməsini planlaşdırmışdır” deyə ATXƏM-dən bildirlib.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir