Modern.az

Ali məktəblərdə qanunsuz tələbə köçürmələri var

Ali məktəblərdə qanunsuz tələbə köçürmələri var

22 İyun 2010, 18:49

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi xarici dövlətlərin ali məktəblərindən Azərbaycandakı ali məktəblərə tələbələrin köçürülüb-köçürülmədiyi ilə bağlı monitorinqlərə başlayıb. Birlikdən Modern.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində məlum olub ki, təhsil naziri Misir Mərdanovun xarici ölkələrin universitetlərində təhsil alan tələbələrin Azərbaycandakı ali məktəblərə köçürülməsinin dayandırılması ilə bağlı əmri demək olar ki, icra olunmur. “Ölkə Prezidentinin 2004-cü il 17 iyun fərmanı ilə testdənkənar qəbul aparılması rəsmən qadağan edildikdən sonra, ali məktəblər xaricdəki bəzi universitetlərdən köçürmə yolu ilə öz əməllərinə qanuni don geyindirməyə başlayıblar.  Belə ki, əsasən özəl ali məktəblərin istifadə etdiyi bu üsuldan hazırda dövlət ali məktəblərində də geniş istifadə edildiyi aşkarlanıb. Təhsil nazirliyi mətbuat xidmətinin özünü təqdim etməyən əməkdaşı köçürmələrin dayandırılmasından xəbərsiz olduğunu bildirir, ali məktəblər isə məsələ ilə bağlı susmağa üstünlük verirlər”-deyə “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi bəyan edib. Təşkilat məsələyə aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyi və ali məktəblərə sorğu göndərməklə yanaşı, araşdırmalarını davam etdirir. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu