Modern.az

Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırdı

Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırdı

Parlament

22 İyun 2010, 19:11

Milli Məclisin iyunun 22-də keçirilən növbədənkənar sessiyasının son iclasında deputatlar bir sıra qanunlar qəbul ediblər. İş gününün sonunda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşlarda, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda, “İnvestisiya fondları haqqında” yeni qanun layihəsi isə birinci oxunuşda qəbul edilib. Sonda Milli Məclisin sədri Oqtay Əsədov növbədənkənar sessiyanın başa çatdığını bildirib və Azərbaycanın Dövlət himni səsləndirilib. Bununla da Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq