Modern.az

ATƏT Ukraynadakı seçkini demokratik elan etdi

ATƏT Ukraynadakı seçkini demokratik elan etdi

26 May 2014, 17:39

ATƏT-in müşahidə missiyası qeyd edir ki, Ukraynada mayın 25-də keçirilən növbədənkənar prezident seçkiləri beynəlxalq standartlara və normalara uyğun olub. Modern.az-ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu gün ATƏT-in qısamüddətli missiyasının koordinatoru Joao Soares Kiyevdə keçirilən mətbuat konfransında deyib ki, seçki Ukrayna xalqının demokratiya kursunu seçdiyini təsdiqləyib. O qeyd edib ki, səsvermə günü yüksək seçici fəallığı müşahidə olunub, ancaq buna baxmayaraq səslərin sayılması əsas prosedurlara uyğundur:
“Hakimiyyət iki vilayətdəki çətin situasiyaya, silahlı qruplaşmaların seçkini pozmağa yönələn cəhdlərinə  baxmayaraq, ölkənin hər yerində səsvermə keçirilməsi üçün bütün səyini göstərib”.

Soares onu da qeyd edib ki, müşahidəçilər prezidentliyə bir neçə namizədə hədə-qorxu gəlinməsini, eləcə də ofis və mənzillərin yandırılmasını qeyd ediblər. 

Qeyd edək ki, səslər tam sayılmasa da, Pyotr Poroşenkonun ilk turda qalib gəldiyi heç kəsdə şübhə yaratmır.

 

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir