Modern.az

"Sel qaçqınları" üçün Sabirabad, Saatlı və İmişlidə yeni kəndlər salınacaq

"Sel qaçqınları" üçün Sabirabad, Saatlı və İmişlidə yeni kəndlər salınacaq

23 İyun 2010, 09:50

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyası üzvlərinin iştirakı ilə iyunun 22-də Sabirabad rayonunda müşavirə keçirilib.
AzərTAc xəbər verir ki, Baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadə və digər hökumət üzvləri iştirak edib.
Müşavirədə Sabirabad, Saatlı və İmişlidə salınacaq yeni kəndlərin ərazilərinin seçilməsi ilə bağlı məsələ müzakirə olunub, əhalinin normal yaşayışı üçün tez bir zamanda lazımi infrastrukturun yaradılması qərara alınıb. Kürün birinci və ikinci bəndləri arasında yaşayan sakinlər də təhlükəsiz yerlərə köçürüləcək.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə müsahibəsində bildirib ki, müşavirədə zərər çəkmiş evlərin təmirinə sabahdan başlanılmasına qərar verilib. Evlərin uçmadığı kəndlər köçürülməyəcək. İkinci bənddən sonrakı kəndlərin gələcəkdə təhlükəsizliyini təmin etmək üçün təhlükəli yerlərdə bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin tikilməsi məsələsi müzakirə olunmuşdur. Yəqin ki, bu məsələ də öz həllini layihələr təqdim olunduqdan sonra tapacaq.
Müşavirədə, həmçinin əhaliyə ödəniləcək konpensasiya məsələsi də müzakirə olunub.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir