Modern.az

Müxalifət lideri: “Ərdoğan üç gün sussa, ölkədə dinclik olar”

Müxalifət lideri: “Ərdoğan üç gün sussa, ölkədə dinclik olar”

27 May 2014, 17:11



Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu partiyasının bu gün keçirilən qrup toplantısında baş nazir Rəcəb Tayyib Ərdoğana bir sıra ciddi mesajlar göndərib. Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müxalifət lideri deyib ki, “əmin olun, Ərdoğan 3 gün sussa, Türkiyədə dinclik olar. Hər gün danışır, hər gün çəkişmədir. Davamlı bir gərginlik mühiti yaradılır və müəyyən siyasi partiyalar bunlardan bəhrələnməyə çalışır. Biz müxalifət kimi vəzifəmizi yerinə yetiririk. Hökumət ölkəni ağılla idarə etməli, hirslə deyil. Özü ilə döyüşən bir siyasi anlayış ola bilərmi?”.

Kamal Kılıçdaroğlunun fikrincə, cəmiyyətdə qütbləşmə, gərginlik olmasın deyə, çox həssas davranırlar: “Bəzi səhvləri cəmiyyətdə çox qütbləşmə olmasın deyə görmürük. Soma hadisələrində, Gəzi parkı hadisələrində cəmiyyətdə qütbləşmə olmasın deyə çox həssas davrandıq”.

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi