Modern.az

Sərkisyan hakimiyyəti Köçəryana verəcək

Sərkisyan hakimiyyəti Köçəryana verəcək

Dünya

27 May 2014, 17:27


Ermənistan prezidenti Serj Sərkisyan Respublika Partiyasının qurultayında öz səlahiyyətlərini təhvil verən prezident kimi çıxış edib.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu iddianı politoloq Levon Şirinyan da dəstəkləyib. Onun dəyərləndirməsinə görə, Serj Sərkisyan öz səlahiyyət müddəti başa çatandan sonra hakimiyyəti həvəslə öz dostu və tərəfdaşı, keçmiş prezident Robert Köçəryana verəcək, indi bu hakimiyyətin ötürülməsi prosesi gedir. Şirinyan əmindir ki, Sərkisyanla Köçəryan arasında münqişə olması ilə bağlı şayiələr real situasiyanı əks etdirmir.

Şirinyan parlament idarəetmə üsuluna keçiləcəyinə az inanır. Onun fikrincə, Konstitusiya islahatlarının hazırlanması prosesi ictimaiyyətin diqqətini əsas məqsəddən yayındırmaq üçündür.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır