Modern.az

Azərbaycanlı deputatların AŞPA-nın payız sessiyasında iştirakı çətin olacaq

Azərbaycanlı deputatların AŞPA-nın payız sessiyasında iştirakı çətin olacaq

23 İyun 2010, 11:04

st1:*{behavior:url(#ieooui) }

Modern.az AzərTAc-a istinadla xəbər verir ki, ötən gün Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirilib.

İyunun 22-də gerçəkləşən görüşdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi konstruktiv mövqe nümayiş etdirərək münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu bir daha göstərib. Amma erməni tərəfi buna hazır olmadığını nümayiş etdirib. Buna baxmayaraq görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Qeyd edək ki, iclasda Azərbaycan tərəfi  noyabrda parlament seçkisi keçiriləcəyindən ölkəmizin nümayəndə heyətinin AŞPA-nın oktyabrda keçiriləcək payız sessiyasında iştirakının bir qədər çətin olduğunu diqqətə çatdırıb və bu, deputatların əksəriyyətinin seçki kampaniyasında iştirak edəcəyi ilə əlaqələndirilib.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub