Modern.az

Milli Məclisin deputatı: “Məni keçmiş fəaliyyətimə görə tanıyırlar”

Milli Məclisin deputatı: “Məni keçmiş fəaliyyətimə görə tanıyırlar”

Parlament

23 İyun 2010, 11:19

Millət vəkili, Ədalət Partiyasının sədri İlyas İsmayılov Modern.az saytına açıqlamasında qarşıdan gələn parlament seçkilərinə qatılmaq fikrində olduğunu qeyd edib. Əməkdaşımızla söhbətində deputat bildirib ki, namizədliyini indiki təmsil etdiyi 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən irəli sürəcək: “Çünki burada insanlarla çox ünsiyyətim yaranıb. Həm Qazax, həm Ağstafa, həm də Tovuzda insanlardan böyük hörmət görürəm. Doğurdan deyirəm. Elə bu yaxınlarda hər üç icra başçısının hesabatı oldu, orada mən də çıxış etdim. İnsanların münasibətini gördüm. Düzdür, Azərbaycanda məni keçmiş fəaliyyətimə görə tanıyırlar. Ancaq deputat seçildiyim dairədə insanlarla çox gözəl münasibətim əmələ gəlib. Əgər namizədliyimi verəcək olsam, əlbəttə indi deputat olduğum dairədən verəcəm”.

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu