Modern.az

Millət vəkili: “Mən Cümşüd Nuriyevə master-klass keçməyə hazıram”

Millət vəkili: “Mən Cümşüd Nuriyevə master-klass keçməyə hazıram”

23 İyun 2010, 11:49

 

 

Mətbuata müxtəlif məsələlərlə bağlı ekspert qismində danışan sabiq deputat Cümşüd Nuriyev növbəti açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvlərini səriştəsizlikdə ittiham edib. Onun iradları adı çəkilən komitənin üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Maraqlıdır, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvələrinin Cümşüd Nuriyevə cavabı nədir?

İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov Modern.az-a bildirib ki, belə açıqlamalara çox da dərindən münasibət bildirməyi lüzumsuz hesab edir: “Yəqin ki, Cümşüd müəllim qarşıdan gələn parlament  seçkilərinə qatılmaq məqsədi güddüyündən bu cür danışır. Mən ilk növbədə hər bir namizədə uğurlar diləyirəm. Ancaq onun Millli Məclisin İqtisadi siyasət komitəsində öz sahəsini dərindən bilən iqtisadçılar olmadığı haqda fikrini belə şərh edə bilərəm ki, bu əsassız və populist sözlərdir. Yeri gəlmişkən, qeyd edim ki, bu fikirdə bulunmaq istəyən insanlara mən Nazim Məmmədov olaraq master-klass keçməyə hazıram. Bilmirəm komitədə onun kiminlə şəxsi ədavəti var. Yəqin ki, o, Milli Məclisin komitələrinin funksiyalarını və strukturunu dərindən bilmir. Mən ümid edirəm ki, Cümşüd Nuriyev bundan sonra həm Milli Məclisin üzvləri haqqında, həm də komitələrin səlahiyyətləri haqqında daha ətraflı öyrəndikdən sonar fikir söyləyəcək. Televiziya ekranlarından demişdi ki, guya vaxtilə pensiyalarla bağlı qanun dəyişikliyi İqtisadi siyasət komitəsində baş verib və bizi bu məsələdə günahlandırmışdı. Mən fürsətdən istifadə edib onu diqqətcil olmağa çağırıram. Fikrimdə də qalıram ki, bizim komitəyə qarşı Cümşüd Nuriyev fikrində olan istənilən şəxsə  master-klass keçməyə hazıram”.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı