Modern.az

Bərdədə qardaş qardaşı ov tüfəngi ilə öldürüb

Bərdədə qardaş qardaşı ov tüfəngi ilə öldürüb

23 İyun 2010, 12:31

Baş prokurorluğun mətbuat xidməti Bərdədə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Bildirlir ki, iyunun 22-də saat 21-50 radələrində Bərdə rayonu, Xanərəb kənd sakini, 1967-ci il təvəllüdlü Məmmədov Rizvan Allahverdi oğlu qardaşı, 1962-cı il təvəllüdlü Məmmədov Mehman Allahverdi oğlunu sonuncuya məxsus evin həyətyanı sahəsində torpaq münaqişəsi zəminində ov tüfəngi ilə vurub.

M.Məmmədov Bərdə rayon Mərkəzi xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb. Rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə baxış keçirillib, fotoşəkillər çəkilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan tüfəng götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılan R.Məmmədov ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi