Modern.az

Yeni internet qəzeti açılır

Yeni internet qəzeti açılır

23 İyun 2010, 13:00

İnternet informasiya məkanına yeni bir sayt da qədəm qoyur. www.olke.info  adlı sayt iyunun 24-dən etibarən internet istifadəşilərinin ixtiyarına veriləcək saytda gündəlik operativ xəbərlər, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr və regionda gedən proseslər barədə informasiyalar, jurnalist araşdırmaları, analitik məqalələr yer alacaq. Bu barədə Modern.az-a açıqlama verən saytın rəhbəri Nicat Dağlar www.olke.info-nun dizayn quruluşu üzərində peşəkar heyət işlədiyini, tərtibatda müasir standartlar tətbiq olunduğunu bildirib. N.Dağlar onu da qeyd edib ki, saytda həftədə bir dəfə nəşr olunan “Ölkə” qəzetinin yazıları da yerləşdiriləcək: “Amma sayt əsasən onlayn informasiya portalı kimi fəaliyyət göstərəcək. İzləyicilər ölkədaxili məsələlərlə yanaşı, güney xəbərlərini də saytımizdan oxuya biləcəklər. Bundan başqa,  müxtəlif yeni layihələr, maraqlı rubrikalar da təqdim edəcəyik. Çalışacağıq ki, saytımız internet məkanında obyektiv informasiya daşıyıcısı kimi bəlli ünvana çevrilsin”.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir