Modern.az

“Mehriban Əliyeva, Leyla xanım dəfələrlə bizim mərkəzdə olub” - MÜSAHİBƏ

“Mehriban Əliyeva, Leyla xanım dəfələrlə bizim mərkəzdə olub” - MÜSAHİBƏ

29 May 2014, 12:05

“Şəki, Zaqatala, Qəbələ, Quba, Göyçay və Ağdaş rayonlarında talassemiya geniş yayılıb”

Heydər Əliyev Fondu yarandığı ilk gündən insanlara həm maddi, həm də mənəvi dəstəyini əsirgəmir. Bu prosesdə isə insanlara bilavasitə yardımçı olan, onların hər cür çətinlikləri ilə yaxından maraqlanan Fondun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevadır.

Heydər Əliyev Fondu bir çox sahələrdə təhsil, mədəniyyət, səhiyyə, idman, elm, texnologiya, sosial və digər layihələr həyata keçirərək, cəmiyyətin formalaşmasında fəal iştirak edir, ölkənin hərtərəfli inkişafında, beynəlxalq səviyyədə tanınmasında öz töhfəsini verir.

Modern.az qeyd olunan istiqamətlərdə Fondun gördüyü işləri ictimaiyyətə daha geniş şəkildə çatdırmaq məqsədilə, yeni layihəyə başlayır.

İlk olaraq insanların daha çox əziyyət çəkdiyi və müalicəsində həm maddi, həm də mənəvi dəstəyə ehtiyac duyduğu talassemiya xəstəliyindən danışacağıq.

Məlumdur ki, talassemiyalı xəstələrin müalicəsi və onlara dövlət qayğısı ilə bağlı son illər bir sıra proqramlar həyata keçirilib və keçirilməkdədir. Heydər Əliyev Fondu və şəxsən ölkənin birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə talassemiyalı xəstələr üçün Bakıda Talassemiya Mərkəzi də tikilib. 
Ölkənin birinci xanımının bu sahəyə diqqətindən sonra bu sahədə vəziyyət nə yerdədir?   

Müsahibimiz Respublika Talassemiya Mərkəzinin Konsultativ poliklinika şöbəsinin müdiri Zenfira Mirzəyevadır.

- Zenfira xanım, bu gün ölkədə talassemiyaya qarşı aparılan mübarizəni qənaətbəxş hesab etmək olarmı?

-Azərbaycanda talassemiya olması haqqında ilk məlumatı 1950-60-cı illərdə alim hemotoloq Asiya Axundova verib. Bundan başqa, həmin xəstəliyin yayılması, kliniki gedişi, diaqnostikası haqqında məlumatların əldə olunmasında B.Ə. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya  institutunun işçilərinin də çox böyük əməyi olub. Onların yazdıqları tövsiyyələr, metodik vəsaitlər əsasında talassemiya nəzarət proqramı işlənib hazırlanmışdı.

Bu proqramın məqsədi Azərbaycanda talassemiyanın yayılmasının qarşısının alınması, belə xəstələrə olan yardımın təkmilləşdirilməsindən ibarət idi. Ancaq sözsüz ki, bu işlərin həyata keçirilməsində müəyyən çətinliklər vardı.

Qarşımıza qoyduğumuz ilk məqsəd insanların sağlamlıq keyfiyyətini artırmaq, ölüm hallarını, əlilliyi azaltmaq idi. Talassemiya ilə mübarizə aparmaq üçün ilk növbədə insanlara tək maddi deyil, mənəvi dəstəyin özü də olduqca vacibdir. Məhz bu xəstəliyin ciddiliyini nəzərə alaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2005-ci ildə “Talassemiyasız həyat naminə” adlı proqram lyihəsinin başlandığını elan etdi.

Bu layihənin əsas məqsədi talassemiyanın yayılmasının qarşısını almaq üçün müxtəlif müayinələrin aparılması, genetik məsləhətlərlə onların minimuma endirilməsi və talassemiyalı xəstələrin respublika üzrə müşahidəsinin aparılması idi.

Mehriban xanım Əliyeva bu xəstəliyin ciddiliyini, təsirini diqqət mərkəzində saxlayaraq, talassemiyalı xəstələrin müalicəsi, kardioloji, hepotoloji fəsadları minimumua endirmək məqsədilə Respublika Talassemiya Mərkəzininin yaradılması təşəbbüsü ilə çıxış etdi və bu məsələ gerçəkləşdi.

- Talassemiya Mərkəzi yaradılandan sonra bu sahədə hansı müsbət dəyişikliklər oldu?

- Bu mərkəzin inşa edilməsindən sonra müraciətlərin sayı və maariflənmə işləri də xeyli artdı.

Qeydiyyatda olan xəstələrin sayı isə ilbəil artır. Talassemiyalı xəstələrin sayı regionlarda da çoxdur, amma müraciət etmədikləri üçün onları qeydiyyata ala bilmirdik.

Əvvəlki illərlə müqayisədə isə müsbət dəyişikliyi görmək mümkündür. Biz əldə etdiyimiz nailiyyətlərə görə məhz  Heydər Əliyev Fonduna və Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk, çünki bu mərkəzin açılışından sonra talassemiyalı xəstələrin müasir tələblərə cavab verən müayinə və müalicəsi həyata keçirilir. Onların əsas müalicəsi ömürləri boyu qan köçürülməsi ilə bağlıdır. Qan təminatının yaxşılaşdırılması, onların təhlükəsizliyinin təmin edilməsi, aksiyaların keçirilməsi, əhalinin özünün donorluğa cəlb olunması mərkəz açıldıqdan sonra daha təkmil şəkildə görülür və nəticədə də talassemiyalı xəstələrdə yaşam ömrü uzanır. Talassemiyalı xəstələrə müntəzəm qan köçürüldüyü üçün onlarda müxtəlif orqanlara dəmir toplanır. Dəmirqovucu dərmanlar da olduqca bahalı dərmanlardır. Bu dərmanlar həmin insanlara təmənnasız olaraq verilir.

- Aparılan maarifləndirmə işlərindən sonra müraciətlərin sayında dəyişikliklər oldumu?

- Hazırda da maariflənmə işləri aparılır. Bukletlər paylanır, Kütləvi İnformasiya Vasitələri ilə vaxtaşırı söhbətlər aparılır. Burada olan xəstələr və onların qohumları da bu xəstəliyin var olduğu barədə məlumatı bacardıqları qədər yayırlar. 2012-ci illə müqayisədə müraciətlərin sayında artım müşahidə olunur.

Əvvəlki illərlə müqayisədə indi bu işlərə gənclər daha aktiv qoşulurlar. Doğrudur, parlament səviyyəsində bu işlər görülür, nigahdan öncə könüllü olaraq gənclər arasında daşıyıcılıq yoxlanılır, amma bəzi gənclər hələ də buna tam əməl etmirlər. Hətta yaşlı nəsil bu cür yoxlamaları qınayır. Mənim gənclərə məsləhətim budur ki, ailə qurmadan öncə tibbi yoxlanışdan keçsinlər, problemlərinin olub-olmadığı barədə xəbərdar olsunlar. Bu ən azından onların gələcəyi üçün çox önəmli bir məsələdir.  

- Talassemiya xəstəliyinin artma səbəbi nə ilə bağlıdır?

- Talassemiya irsi xəstəlikdir. Bəzən deyirlər ki, bu qohumluqla bağlıdır. Düzdür, qohumların nigahından dünyaya gələn uşaqlarda bu xəstəliyə rast gəlmə ehtimalı daha çoxdur.

Azərbaycanda əhalinin 12-dən 1-i talassemiya daşıyıcısıdır. Bu da 10-20 faiz daşıyıcı deməkdir. Buna qohumlar arasında rast gəlmə ehtimalı daha çox olur.

Bu xəstəlik yad adamlar ailə qurduqda da baş verə bilər. Əgər gendə daşıyıcılıq varsa, xəstə uşağın dünyaya gəlməsi faizi də artır. İki daşıyıcının evlənməsindən 25 faiz xəstə  və ya sağlam uşaq, 50 faiz isə daşıyıcı uşaq doğulma ehtimalı var. Ona görə də, gənclərimizin ailə qurmamışdan öncə ilkin tibbi yoxlanışdan keçmələri vacibdir.

- Bölgələrdə maarifləndirmə işləri necə həyata keçirilir və daha çox harda bu xəstəliyə rast gəlinir?

- Bu xəstəlik əsasən Şəki, Zaqatala, Qəbələ, Quba, Göyçay və Ağdaş rayonlarında geniş yayılıb. Bu ərazilərdə yaşayan sağlam əhalinin 20 faizdən çoxu bu genin daşıyıcılarıdır. Xəstəliyin 2 forması var - biri "heteroziqot" adlanır. Bu, xəstəliyin valideynin birindən uşağa keçməsidir.

Əgər xəstəlik hər iki valideyndən keçirsə, demək artıq "homoziqot" formasıdır. Bu da çox ağır xəstəlikdir və uşaqlarda bir yaşından sonar daha çox rast gəlinir. Talassemiyalı xəstə uşaq fiziki inkişafdan qalır. Onun orqanizmində qan azlığı inkişaf etməyə başlayır, sarılıq əmələ gəlir, dalağı və qaraciyəri böyüyür. Bu da həm uşağın özünə, həm də ailəsinə böyük çətinliklər yaradır. Belə uşaqlar vaxtında müalicə olunmasa, onlar 10 yaşına qədər tələf olurlar. Xəstəlikdən tez sağalmanın əsas şərti ilkin mərhələdə onun aşkarlanması və dərhal tibbi müalicəyə başlanmasıdır.

- Bölgələrdə maarifləndirmə işlərinin daha da intensivləşdirilməsinə ehtiyac varmı?

- Bu xəstəliklə bağlı maarifləndirmə işləri hər zaman aparılır. O ki qaldı bölgələrimizə, orada mərkəzlər yaranana qədər insanların bu xəstəliklə bağlı bilgiləri az idi. Artıq bölgələrimizdə də mərkəzlər var və əvvəlki illlərlə müqayisədə qanla təminat da yaxşılaşıb, buna diqqət də artırılır. Orada işləyən həkimlər də xəstələrlə daha yaxından maraqlanır və onlara mənəvi dəstəklərini göstərirlər.

Talassemiyanın müalicə metodlarını necə həyata keçirirsiniz?

- Belə xəstələrin müalicə metodları əsasən 2-5 həftədən bir qan köçürülməsindən ibarətdir. Müntəzəm olaraq, qan köçürülmə nəticəsində  onların orqanizmində dəmir toplanır. Qeyri –effektiv qan yaranma nəticəsində də onların qanı aşağı olur və dəmir istifadə olunmur. Onlarda dəmirin toplanması baş verir. Qan köçürüldüyü zaman da dəmirin miqdarı artır və bu da orqan toxumaların zədələnməsinə səbəb olur. Bunun üçün dəmirqovucu dərmanlardan istifadə olunur. Orqan zədələnməsi nəticəsində, ürəkdə, qaraciyərdə, mədəaltı vəzidə olan fəsadların qarşısının alınması üçün müşahidələrin təmin edilməsi vacibdir.

- Bu xəstəlik daha çox hanşı yaş qrupunda olan insanlarda müşahidə olunur?

- İlk öncə onu qeyd edim ki, bu xəstəlik əsasən kiçik yaşlı uşaqlarda daha çox rast gəlinir 13-15 yaşlarınadək olan xəstələrin sayı isə daha çoxdur. Yaş həddi artdıqca, xəstələrin sayı nisbətən azalır..

Sizcə, belə xəstələrdə müsbət irəliləyişlərin olması üçün psixoloji yüksəklik vacibdirmi?

- Bu xəstəliyin müalicəsində psixoloqun da böyük rolu var. Psixoloji aspektdən yanaşsaq, onların cəmiyyətdə özlərini yararlı şəxs kimi hesab etmələrində psixoloji köməyə ehtiyac var. Çünki bu xəstələr  öz gələcəklərini sağlam həyat tərzi sürənlərdən daha çox düşünür, bu da nəticədə onlarda psixoloji gərginlik yaradır və onların yaşam tərzinə mənfi təsir göstərir. Ona görə də belə xəstələrə hər zaman mənəvi dəstək olmaq lazımdır.

- Bəs, bu xəstəlikdən qurtulanlar olubmu?

- Bəli, bu xəstəlikdən qurtuluş var.  Talassemiyadan qurtulmanın əsas yolu sümük iliyinin köçürülməsidir. Bunun da yaxın zamanlarda Azərbaycanda tətbiq olunması üçün çox böyük işlər görülür.

- Zenfira xanım, belə stəbaşqa kimlər klik edir?

- Talassemiyalı xəstələrin əsas ehtiyacı olduqları vacib şey qandır. Artıq son vaxtlar könüllü olaraq, qan vermək istəyən insanların sayı da artıb. Bizə müraciət edən insanları mərkəzi qan bankına göndəririk. Çünki qanın emalı, saxlanması kimi bütün prosedurlar orda həyata keçirilir.

Bu stəliyin daşılarına ən k k Heydər Əliyev Fondu findən stərilir.

Mehriban xanım, eləcə də Leyla xanım dəfələrlə bizim mərkəzə gəlib.

Mehriban xanım ən son Türkiyə prezidentinin xanımı ilə birgə bizim mərkəzi ziyarət edib. Talassemiyalı xəstələrə isə belə diqqət və qayğı olduqca vacibdir.

 

rvin ARZUQIZI

Ulduz İBRAHİMOVA

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı