Modern.az

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini: “Bizdə sürücülük mədəniyyəti aşağıdır”

Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini: “Bizdə sürücülük mədəniyyəti aşağıdır”

23 İyun 2010, 13:21

Daxili İşlər Nazirliyi  Bas Dövlət Yol Polisi İdarəsinin rəis müavini, polis polkovniki Ramiz Hüseynov “Yol hərəkəti haqqında” qanuna edilən əlavə və dəyişikliklərlə bağlı Modern.az saytına müsahibə verib.

 

- Cənab polkovnik, qanuna edilən əlavə və dəyişiklikdə yaşayış yerlərində minik vasitələrinin sürəti saatda 20 km-ə endirilib. Məsələ deputatlar tərəfindən də birmənalı qarşılanmadı. Bu sürət hansı yerlərə şamil ediləcək?

- Bu həyətlərə aid məsələdir. Yaşayış məntəqəsinin içində insanların sıx yaşadığı həyətlər var. Bu həyətlərdə müvafiq nişanlar qoyulur. Bu ərazilərdə insanlar, uşaqlar gəzir, futbol oynayanı, velosiped sürəni var. Yəni qeyd edilən sürət belə qapalı həyətlərdə tətbiq olunacaq. Bu, bir neçə binanın yerləşdiyi kiçik bir ərazi ola bilər. Orada mütləq müvafiq yol nişanı olacaq, hansı ki, burada sürət maksimal olaraq saatda 20 km-dir.

- Əlavə və dəyişiklikdə cərimələrin yerində ödənilməsi nəzərdə tutulur, maraqlıdır, yerində ödəməyə imkanı olmayanları nə gözləyir?

- Bu məsələ belədir. Qanunvericiliklə yerində cərimə nəzərdə tutulan xətalar törədilibsə, sürücüyə həmin cəriməni yerində ödəmək təklif olunur. Sürücü o cəriməni yerində ödəyə bilmirsə, bu halda protokol tərtib olunur, sonradan onu protokolla ödəyir. Bu onun yerində ödəməyindən, həmçinin xəta ilə razılaşıb razılamamağından asılıdır.

- Sizcə, əlavə və dəyişiklik ümumən yol qəzaların azalmasına gətirib çıxaracaqmı?

- Hesab edirəm ki, qanunvericiliyin təkmilləşdirilməsi bütövlükdə bu sahədə vəziyyətin yaxşılaşmasına xidmət edir. Hər şey insanlarımızdan, sürücülərimizdən asılıdır. Yəni biz qanuna əməl edəcəyiksə, təbii ki, yollarımızda da əmin- amanlıq olacaq.

- Sizcə Azərbaycanda “sürücü mədəniyyəti” deyilən məfhum digər ölkələrlə müqayisədə hansı səviyyədədir?

- Mən deməzdim bizdə bu məsələ qaneedicidir. Amma biz bu istiqamətdə iş görməliyik. Çalışamalıyıq ki, bu sahədə intizamlı olaq. Çünki, yol hərəkəti bütövlükdə insanların həyat və sağlamlığına bağlı olan bir məslədir. Hər şeydən öncə qanunlara əməl etmək lazımdır.

- Bu sənəd hazırlanarkən Milli Məclisin müvafiq komitəsinin də rəyi alınıbmı?

- Bu sənəd Milli Məclisə qanunvericilik təşəbbüsü ilə Prezident Administrasiyasından daxil olub. Təbii ki, bizimlə məsləhətləşmələr aparılıb, bizim də fikirlərimiz soruşulub. Amma bizim qanunvericilik təşəbbüsü ilə çıxış etmək səlahiyyətimz yoxdur. Sadəcə, öz təkliflərimizi, təhlillərimizi verə bilərik.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir