Modern.az

Ukraynalı şoumen Bred Pitə sillə vurdu

Ukraynalı şoumen Bred Pitə sillə vurdu

Dünya

29 May 2014, 12:57



Bu gün Hollivudda “Malefisenta” filminin təqdimat mərasimi zamanı gözlənilməz insident baş verib. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ukraynanın tanınmış şoumenlərindən sayılan Vitali Sedyuk gözlənilmədən mərasimə gələn Bred Pitnə hücum çəkərək ona sillə vurub. Polis tərəfindən həbs edilən Sedyuk dindirilmək üçün yaxınlıqdakı bölməyə aparılıb. Həyat yoldaşı Anjelina Colinin baş rolu ifa etdiyi “Malifesenta” filminin premyerasına qatılan Bred Pit ciddi xəsarət almayıb.
Xatırladaq ki, qalmaqallı Vitali Sedyuk bundan öncə də analoji hərəkətlər edib. Kann kinofestivalında aktrisa Amerika Ferreranın ətəyinin alıtna başını salan şoumen, bundan başqa müxtəlif vaxtlarda aktyorlar Uill Smit Bredli Kuper və müğənni Adelə də hücum çəkib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!