Modern.az

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun toplantısına qatılıb

İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun toplantısına qatılıb

Təhsil

23 İyun 2010, 13:58

İyunun 23-də Bakıda, "Gülüstan" sarayında İslam İnkişaf Bankı Qrupunun 35-ci illik toplantısının açılış mərasimi olub. AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Müqəddəs "Qurani-Kərim"dən ayələr oxunub. Azərbaycanın iqtisadi inkişaf naziri, İslam İnkişaf Bankının Müdirlər Şurasına sədrlik edən Şahin Mustafayev mərasimi açaraq, Prezident İlham Əliyevi və digər qonaqları salamlayıb. İslam İnkişaf Bankının (İİB) prezidenti Əhməd Məhəmməd Əli qonaqpərvərliyə və dəstəyə görə, Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına minnətdarlıq edib. İclasda bankın Afrika, ərəb və Asiya qrupları adından çıxışlar olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Açılış mərasiminin sonunda rəsmi fotoşəkil çəkdirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi