Modern.az

"“Beynəlxalq Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi” vaxtında yaradılsa, daha yaxşı olardı"

"“Beynəlxalq Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi” vaxtında yaradılsa, daha yaxşı olardı"

Qarabağ

23 İyun 2010, 15:04

Bakıda Azərbaycan Sosial Rifah Partiyası (ASRP) və Mətbuat Şurasının (MŞ) təşkilatçılığı ilə milli mətbuatımızın 135 illiyinə həsr olunmuş “Ədalətlilik, təhlükəsizlik və rifah media müstəvisində” adlı beynəlxalq konfranda Türkiyə, Fransa, Gürcüstan, Rusiya, İran, Bolqarıstan, Litva, Macarıstan, Moldova və sair ölkələrin tanınmış alimləri, jurnalistləri, bu ölkələrin ölkəmizdəki səfirliklərinin təmsilçiləri, politoloq və media mütəxəssisləri iştirak ediblər. Qonaqlar geri döndükdən sonra səfər təəssüratlarını öz ölkələrinin mediasna danışıblar. Gürcüstandan olan sabiq deputat Temuri Georgiyeviç Beridze konfransla bağlı Gürcüstanda çıxan “Region Press” qəzetinə müsahibə verib. Modern.az saytı həmin müsahibəni təqdim edir.

 

- Temuri Georgiyeviç , Bakıdan hansı təssüratlarla  qayıtdınız?

- İlk növbədə Bakı konfransına məni nümayəndə kimi təklif etdiyinə və göndərdiyinə görə Marneuli şəhərindəki Azərbaycanlıların  Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənova  təşəkkürümü bildirirəm. Konfransa ciddi münasibət, onun peşəkarlıqla təşkil və keçirilməsi, eyni zamanda iştrakçıların  tərkibi,  bakılıların səmimi  münasibəti, qonaqpərvərliyi və şəhərin gözəlliyi məndə çox gözəl təssüratlar yaratdı. Konfransda ondan artıq ölkənin səfirliyi, Milli Məclisin üzvləri, aparıcı qəzetlərin redaktorları, peşəkar jurnalistlər, hüquqşunaslar, tarixçilər və digər nümayəndələr iştrak edirdi. Bu əhəmiyyətli və mədəni tədbir bir çox yerli və xarici  mətbuat səhifələrində, eləcə də televiziya kanallarında işıqlandırıldı.

- Konfransın keçirilməsində məqsəd nə idi?

- Avrasiya ölkələri üzrə “Beynəlxalq Mətbuat və İnformasiya Həmrəyliyi Mərkəzi”nin təsis olunması iştrakçı ölkələrin hadisə və faktlar üzrə doğru məlumatların, yığılması, təhlil və yayılması ilə məşğul olmaq konfransın əsas məqsədi idi.

Onu da demək istəyirəm ki, bu əhəmiyyətli və zəruri Mərkəz vaxtında təşkil edilməli idi. Bildiyimiz kimi, indi həm Azərbaycan Respublikasının, həm də Gürcüstan Respublikasının ərazi bütövlüyü pozulub, qaçqın və məcburi köçkünlərlə bağlı çoxlu və həlli vacib problemlər mövcüddür. İşğal olunmuş ərazilərdə işğalçı ölkələrin hərbi qüvvələri yerləşir. Ölkələrimizin siyasi, iqtisadi, sosial-mədəni həyatında baş verən həqiqətləri vaxtında beynəlxalq aləmə çatdırmaq və yaymaq başlıca şərtdir.

- Cənubi Qafqazda ədalətlilik, təhlükəsizlik və rifah yaratmaq, onu qoruyub-saxlamaq  mümkündürmü?

- Yeni yaranmış müstəqil ölkələr böyük çətinliklərlə qarşılaşır. Bunun başlıca səbəbi olan qəlizləşdirilmiş ictimai “xəstəliklər”, həll olunmamış problemlər, iqtisadi tənəzzül, sosial gərginliklər və millətlərarası münaqişələr tezliklə həll olunmalıdır. Əgər gələcəyimizi ağılla qurmaq və inkşaf etmiş ölkələr sırasında olmaq istəyiriksə, mütləq  sülh danışıqları yolunu tutmalıyıq. Qarşılıqlı anlaşmalar nə qədər tez və səmərəli olarsa, bir o qədər də məqsədimizə itkisiz və tez çatarıq .

- Azərbaycanlıların gürcü xalqına və onun dövlətçiliyinə münasibətlərini necə qiymətləndirirsiniz?

- Azərbaycanlıların mehriban qonşuluq və dostluq münasibətlərinin çoxəsirlik tarixi ənənəsi var. Bizim yeni “Amerika kəşf etməyə” haqqımız yoxdur. Birlikdə keçmiş tariximizdə yaxşı və xeyirxah nəyimiz varsa, ona qayğı və ehtiramla yanaşsaq, insanlıq borcumuzu yerinə yetirmiş olarıq. Azərbaycan və gürcü xalqlarının qonşuluq və dostluq münasibətlərinə əyani misal çəkmək istəyirəm. Azərbaycanlıların ümümmilli lideri gürcü xalqının sadiq dostu, böyük siyasətçi, mərhum pezident Heydər Əliyev cənabları  gürcü xalqına hörmət və ehtiram əlaməti olaraq Bakı-Tiblisi- Ceyhan neft kəmərinin  məhz Gürcüstandan keçməsinə qərar verdi.

Bununla o iki xalqın gələcək nəsillərin sarsılmaz  birliyinə, mehriban qonşuluğuna, firəvan yaşamağına, bir-birinə qayğı ilə yanaşmağına şərait yaratdı. Tbilisinin qədim Şeytanbazar ərazisində Heydər Əliyevin adına salınmış bağdakı büstü gürcülər tez-tez ziyarət edir, onun önünə gül-çiçək qoyur və körpə üşaqlarına onun həyatı və fəaliyyəti haqqında danışırlar.

- Cənubi Qafqaz ölkələrinin qonşuluq münasibətləri sizi qane edirmi?

- Azərbaycan və Gürcüstan prezidentləri  bu gün öz ölkələrin ərazi bütövlüyü və Cənubi Qafqazda sülhün qorunub saxlanılması uğrunda çox böyük  və faydalı siyasət aparırlar.Və əminəm ki, bölgədə tezliklə haqq-ədalət öz yerini tapacaq, işğal olunmuş torpaqlar azad olunacaq,  qaçqın və məcbüri köçkünlər ata-baba yurdlarına qayıdacaqlar. Azərbaycan və gürcü xalqının oxşar bir atalar məsəli var: “Qonşu paxıl olmasa, kor qız ərə gedər”.   Sonda onu vurğulamaq istəyirəm ki, bu səfər mənim üçün göydəndüşmə oldu. “Region Press” qəzeti vasitəsi ilə “Beynəlxalq Mətbuat və İnformasiya  Həmrəyliyi Mərkəzi” nin  yaradıcısı, millət vəkili Xanhüseyn Kazımlıya təşəkkürümü  çatdırmaq istəyirəm.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir