Modern.az

Gənc alim Yusif Alıyev beynəlxalq elmi konfransda iştirak edib

Gənc alim Yusif Alıyev beynəlxalq elmi konfransda iştirak edib

30 May 2014, 11:01

Bakı Pedaqoji Kadrların İxtisasartırama və Yenidənhazırlanma İnstitutunun Təbiət elmləri kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif İmrayıl oğlu Alıyev 20-24 may 2014-cü il tarixində Ukraynanın Kiyev şəhərində Şərqi Avropa Psixologiya İnstitutunun, Ukrayna Milli Pedaqoji Akademiyasının, Moskva şəhər Psixoloji-Pedaqoji Universitetinin, Lvov Vilayət Diplomdansonrakı Pedaqoji Təhsil İnstitutunun, Polşa Krakov Akademiyasının, ABŞ Qlobal Universitetinin təşkilatçılığı və iştirakı ilə keçirilən “Dünya Psixologiyası” IV Beynəlxalq festival, konfrans, treninq-marafonda iştirak edib.
Beynəlxalq konfransa dünyanın 12 ölkəsindən 120 alim və mütəxəssis qatılıb. Son zamanlar qloballaşan dünyada elmi, pedaqoji istiqamətdə psixoloji tədqiqatlara böyük önəm verilməkdədir. Psixoloji pedaqoji istiqamətlər isə xüsusi beynəlxaql konfrans, simpozium və festivallar təşkil olunur.
Dosent Yusif Alıyev konfransın açılış günü plenar toplantıda geniş nitq söyləyərək, konfransın əhəmiyyətindən və gələcəkdə bu tip silsilə konfrans və festivalların Azərbaycanda keçirilməsi üçün hər cür imkan və şəraitin mövcudluğundan danış;b. 23 may 2014-cü ildə Y.İ.Alıyev konfransın bölmə iclasında “Tədris prosesində ekoloji-mənəvi sinergetik propedevtika” adlı tədqiqat işini məruzə etmış və iştirakşıların suallarını cavablandır;b. 24-24 may 2014-cü il tarixlərdə “Elmi və pedaqoji tədqiaqatlarda psixoloji yanaşmalar”, “Davamlı inkişafda insan resurslarının düzgün istiqamətlədirilməsi” və digər təşkil edilən treninq-marafonlarda uğurla iştirak edən Yusif Alıyev konfransın Təşkilat Komitəsi tərəfindən sertifikatlarla təltif olunub.



Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır