23 may 2018, Çərşənbə axşamı
Ana Səhifə - PARLAMENT - Qənirə Paşayeva AŞPA-dan səsləndi: "Azərbaycanda 30 min erməni yaşayır"
Qənirə Paşayeva AŞPA-dan səsləndi: "Azərbaycanda 30 min erməni yaşayır"
23.06.2010, 23:31

Avropa Şurası Parlament Assambleyasında məruzəçi Moqens Jensenin hazırladığı «Avropada İslam, İslamizm və İslamafobiya» adlı məruzə ətrafında geniş  müzakirələr olub. Müzakirələrdə BMT-nin “Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi Jorge Sampaion da çıxış edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva da məruzə ilə bağlı fikirlərini bildirib:   “Mən əvvəlcə məruzəçiyə bu cür vacib bir mövzuda məruzəsinə görə təşəkkür edir və cənab Corc Sampaioyonu da dolğun çıxışına görə təbrik edirəm. Çox sevindirici haldır ki, Türkiyə və İspaniyanın təşəbbüsü olan Mədəniyyətlər İttifaqı bu iki ölkənin öncüllüyündə həyata keçirilən bir Birləşmiş Millətlər projesinə  çevrildi və BMT-nin üzvü olan 100-dən artıq ölkə və beynəlxalq təşkilatlardan ibarət Dostlar qrupu tərəfindən dəstəklənir. Biz də öz tərəfimizdən Assambleya olaraq bu İttifıqın fəaliyyətini geniş dəstəkləməklə yanaşı Avropa məkanında dözümsüzlüyün artmasına, tolerantlığın azalmasına və ksenofobiyaya qarşı ciddi mübarizə aparmalıyıq. Avropa Şurası məkanında İslamafobiyanın artması hamımızı narahat etməlidir. Biz bunun səbəblərini təhlil etməli və onlara qarşı mübarizə aparmalıyıq. Görünən səbəbləndən biri odur ki, Avropa məkanında insanlar arasında islam dini ilə bağlı həqiqi biliklər, doğru biliklər tamamilə azdır.

Bu baxımdan Avropada gənclərin xristian, İslam və yəhudi dinləri ilə bağlı doğru məlumatlar əldə etməsi üçün səylərimizi gücləndirməliyik. Amma ən ciddi problem və təssüf doğuran odur ki, mənim Hollandiyalı həmkarım cənab Koksun da çıxışında dediyi kimi, Avropa məkanında bəzi siyasətçilər, mətbuat və mediya qrumları və qeyri-hökumət təşkilatları da İslamafobiyanın artmasında böyük rol oynayırlar.  Biz buna qarşı ciddi mübarizə aparmalıyıq.  Ona görə də biz hökumətlərlə yanaşı, siyasətçilərə, qeyri-hökumət təşkilatlarına, mətbuat və mediya qurumlarına da çağırış edərək onları bu cür məsələlərdə diqqətli olmağa çağırmalıyıq. Biz bəzən Avropanın bəzi mətbuat orqanlarında, habelə bəzi siyasətçilərin çıxışlarında belə ifadələr eşidirik - İslam ekstremizmi.  Bunlar çox yanlış ifadələrdlir. İslam olan yerdə ekstremizm ola bilməz. Bu cür ifadələr işlətməklə milyonlanla müsəlmanın dini həssasiyyətlərinə toxunmaq doğru olmazdı. İslam dinindən bir az da olsun xəbəri olanlar, İslamın müqəddəs kitabı Quranı oxuyanlar bilir ki, İslam sevgi dinidir, başqalarına hörmət dinidir.

Qloballaşan dünyada önyarğılar son dərəcədə qütbləşmənin simvolu halına gələn “biz və onlar” ayrımını ortadan qaldıracaq bir anlayışı əsas tutmalıyıq. Unutmamalıyıq ki, dözümsüzlük qarşıdurmanı, çatışmanı doğurur. Bunun üçün atmamız gərəkən əsas addımlar tolerantlığı genişləndirmək, dialoqu genişləndirməkdir. BMT-nin “Mədəniyyətlər İttifaqı” üzrə Ali nümayəndəsi cənab Jorge Sampaionun da burada söylədiyi kimi dözümsüzlüyün artması, tolerantlığın azalması və ksenofobiyanının nələrə səbəb olduğunu görməmiz üçün dünyada bir çox örnəklər var və biz onlardan dərs almalıyıq. 

Təssüf ki, başqa millət və dinlərə qarşı dözümsüzlük, etnik təmizləmə siyasəti bəzi dövlətin dövlət siyasətinə çevrilib və bu bizim hamımızı  narahat etməlidir. Məhz bunun nəticəsi idi ki, 1988-ci ildə Ermənistan hökuməti etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları Ermənistandan öz ev-eşiyindən, öz yurd-yuvasından qovdu və bu gün orada bir azərbaycanlı belə yaşamır. Məhz onun nəticəsi idi ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirərək 1 milyon insanı öz ev-eşiyndən didərgin saldı,  Ermənistan silahlı qüvvələri Xocalı şəhərində  qətliam törətdilər. Amma bütün bunlara baxmayaraq  Azərbaycanda erməni kilisəsinə toxunulmadı və bu gün də Azərbaycanda 30 min erməni yaşayır. Amma Ermənistanda və Ermənistanın işğal etdiyi Azərbaycan toraqlarında azərbaycanlılara məxsus camilər dağıdıldı, tarixi-mədəni abidələr məhv edildi və onların nə vəziyyətə salındığını göstərən foto və videoları maraqlanan hər kəsə göndərə bilərəm. Bunları ona görə deyirəm ki, biz bu cür hadisələrdən dərs çıxarmalı və harada baş verməsindən asılı olmayaraq bu kimi hallara və onu törədənlərə qarşı sərt mübarizə aparmalıyıq. Əks halda  dünyada gərginliklər və çatışmalar daha da artacaq və biz gələcək nəsillərə daha pis bir dünyanı miras qoyacağıq.  

Hörmətli xanımlar və cənablar!  

Biz hamımız Avropanın və dünyanın gələcəyi üçün mədəniyyətlər  qarşıdurmasını, çatışmasını ön plana atanlara “mədəniyyətlər ittifaqı mümkündür” deməmiz gərəkir və eyni zamanda bunin üçün dayanmadan çalışmamız lazımdır”.

Modern.az  
 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​
23.05.2018, 20:23

Akif Çovdarov çıxış üçün məhkəmədən vaxt istəyib​​​

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb
23.05.2018, 20:11

İŞİD Suriyada Bəşşar Əsədə bağlı silahlılara hücum edib, 26 hərbçi ölüb

Rəhmon Azərbaycan xalqını təbrik etdi
23.05.2018, 20:05

Rəhmon Azərbaycan xalqını təbrik etdi

Çində ABŞ diplomatına “akustik hücum”
23.05.2018, 20:02

Çində ABŞ diplomatına “akustik hücum”

Fuad Muradov Türkiyədə rəsmi səfərdədir
23.05.2018, 18:58

Fuad Muradov Türkiyədə rəsmi səfərdədir

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi
23.05.2018, 18:56

İnam Kərimov Yevlaxda vətəndaşların şikayətlərini dinlədi

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı
23.05.2018, 18:49

Sumqayıtda 30-dan çox ev işıqsız qaldı

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib
23.05.2018, 18:37

Şura “Müsəlman Şərqində ilk demokratik respublika” adlı konfrans keçirib

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI
23.05.2018, 18:30

Prezident təhsil müəssisələrinə 40 milyon manat ayırdı - SİYAHI

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb
23.05.2018, 18:26

Azərbaycanın müdafiə naziri Anjey Kaspşiklə görüşüb

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO
23.05.2018, 18:23

Azərbaycanda 200 manatlıq yeni əsginas dövriyyəyə buraxılacaq - FOTO

Əbülfəs Qarayev Misirin Azərbaycandakı səfiri ilə görüşdü
23.05.2018, 18:20

Əbülfəs Qarayev Misirin Azərbaycandakı səfiri ilə görüşdü

Türkiyə lirəsi sürətlə ucuzlaşır
23.05.2018, 18:16

Türkiyə lirəsi sürətlə ucuzlaşır

Heyvanlara ölüm gətirən qorxulu xəstəliyin ƏLAMƏTLƏRİ
23.05.2018, 18:02

Heyvanlara ölüm gətirən qorxulu xəstəliyin ƏLAMƏTLƏRİ

Sarkisyan Azərbaycan havasına oynadı - VİDEO
23.05.2018, 17:55

Sarkisyan Azərbaycan havasına oynadı - VİDEO

PJB sədrindən sərt REAKSİYA: “Toyuq-cücə ilə seçicinin fərqini anlamayan deputat...”
23.05.2018, 17:44

PJB sədrindən sərt REAKSİYA: “Toyuq-cücə ilə seçicinin fərqini anlamayan deputat...”

Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
23.05.2018, 17:41

Bakcell eşitməqüsurlu əlillər arasında futzal turnirinə dəstək verib

Unay Emeri
23.05.2018, 17:37

Unay Emeri "Arsenal"ın baş məşqçisi olacaq

Ərdoğan:
23.05.2018, 17:18

Ərdoğan: "Azərbaycanın qazandığı böyük uğurlar Türkiyə üçün də qürur mənbəyidir"

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  
23.05.2018, 17:11

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Moskva Qarabağ nizamlanmasında aktiv rol oynamağa davam edəcək
23.05.2018, 17:08

Moskva Qarabağ nizamlanmasında aktiv rol oynamağa davam edəcək

ŞAH və... MAT
23.05.2018, 17:00

ŞAH və... MAT

Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılır
23.05.2018, 16:58

Nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə aparılır

Şəhid atasından şəklinin yayılmasına ETİRAZ 
23.05.2018, 16:52

Şəhid atasından şəklinin yayılmasına ETİRAZ 

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi?..
23.05.2018, 16:39

Şəhid əsgərin ailəsinin qazpulu borcu silinə bilərmi?..

10-cu siniflər üzrə sınaq imtahanının nəticələri açıqlandı
23.05.2018, 16:34

10-cu siniflər üzrə sınaq imtahanının nəticələri açıqlandı

Keçmiş baş nazirin mənzilindən 30 milyon dollar tapıldı
23.05.2018, 16:19

Keçmiş baş nazirin mənzilindən 30 milyon dollar tapıldı

Tələbə qəbulunda daha bir YENİLİK   
23.05.2018, 16:18

Tələbə qəbulunda daha bir YENİLİK  

135 nömrəli avtobusda insident - Asayişi pozan şəxs tərksilah edildi
23.05.2018, 16:18

135 nömrəli avtobusda insident - Asayişi pozan şəxs tərksilah edildi

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..
23.05.2018, 16:12

Ali məktəblərdə dərslər başa çatır - Hansı universitet imtahana hazır deyil?..

“Türk lirəsinin ucuzlaşması Azərbaycana da təsir edəcək”
23.05.2018, 16:04

“Türk lirəsinin ucuzlaşması Azərbaycana da təsir edəcək”

“Veysəloğlu” Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir
23.05.2018, 16:04

“Veysəloğlu” Belarusiyadan idxal etdiyi kərə yağlarının keyfiyyətinə zəmanət verir

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO
23.05.2018, 16:02

Şəhid zabitin atası: “Nəvələrim elə bil atalarının şəhid olduqlarını bilirlər” - FOTO

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?
23.05.2018, 15:50

İnsan psixologiyasını məhv edən informasiyadan necə uzaqlaşmalı?

Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ
23.05.2018, 15:39

Əli Həsənovdan Rüstəm İbrahimbəyovla bağlı ÇAĞIRIŞ

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.0%)
Meral Akşener (12.5%)
Rəcəb Tayyip Ərdoğan (59.3%)
Selahattin Demirtaş (1.56%)
Temel Karamollaoğlu (0.78%)
Doğu Perinçek (4.68%)