Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi

QHT-lərə Dövlət Dəstəyi Şurası yeni qrant müsabiqəsi elan etdi

24 İyun 2010, 12:44

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu gün QHT layihələrinin maliyyələşdirilməsi ilə bağlı 2010-cu il üçün növbəti qrant müsabiqəsi elan edib. Modern.az-ın məlumatınba görə, Şura müsabiqədə iştirak etmək üçün QHT-ləri ərizə təqdim etməyə dəvət edir.

 

        Şuradan bildirlib ki, ilk növbədə “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq, aşağıdakı mövzular üzrə layihələrə üstünlük verəcək: 

 

 

Mövzular

1 layihənin maksimum dəyəri

Müsabiqənin ümumi fondu

1

Demokratikləşmə prosesinin dərinləşməsinə dair təşəbbüslər

7.000,0

15.000,0

2

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

8.000,0

40.000,0

3

Qaçqın və məcburi köçkünlərin hüquqlarının beynəlxalq təşkilatlarda və beynəlxalq məhkəmə orqanlarında müdafiəsi

7.000,0

15.000,0

4

Virtual məkanda Azərbaycan həqiqətləri ilə bağlı elektron resursların mövcud vəziyyətinin öyrənilməsi və müvafiq hesabatların hazırlanması

5.000,0

10.000,0

5

Beynəlxalq təşkilatlar və xarici QHT-lərlə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslər

7.000,0

15.000,0

6

Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər

7.000,0

15.000,0

7

Təhsilin keyfiyyətinin artırılmasına dair təşəbbüslər

6.000,0

15.000,0

8

Mədəniyyətə dair təşəbbüslər

6.000,0

15.000,0

9

Xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial problemlərinin həllinə dəstək

7.000,0

15.000,0

10

Sosial xidmətlərin yaxşılaşdırılması sahəsində təşəbbüslərə dəstək

7.000,0

20.000,0

 

Cəmi

 

175.000,0

 

Müsabiqədə siyasi, dini, təhsil üçün təqaüdlər sahələri dəstəklənmir. 

Ərizələr 25 iyun tarixindən 23 iyuladək qəbul olunacaq.

Ərizə yalnız Şuranın təsdiq etdiyi formada (elana əlavə edilir: Əlavə 1, Əlavə 2, Əlavə 3), Azərbaycan dilində çap və elektron variantlarında (diskdə, Times New Roman şriftində) hazırlanmalı  və Şuranın Katibliyinə təqdim edilməlidir.

 

Əlavə 1: Ərizə forması

Əlavə 2: Layihə təklifi forması

Əlavə 3: Layihənin büdcəsinin hazırlanmasına dair təlimat

 

Müsabiqənin nəticələri 2010-cu ilin sentyabrın 1-dən sonra elan olunacaq.

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?