Modern.az

Azərbaycan bu il də ÜTT-yə üzv ola bilməyəcək

Azərbaycan bu il də ÜTT-yə üzv ola bilməyəcək

Qarabağ

24 İyun 2010, 14:00

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı əksər sənədlər quruma təqdim edilib. Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyir ki, təqdim olunan sənədlərdə təşkilatın ünvanladığı sualların cavabları əksini tapıb. Onun sözlərinə görə, Azərbaycan ÜTT-yə üzvlüklə bağlı aparılan danışıqlar çərçivəsində xidmətlər üzrə təkliflərini təqdim edib və məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunmasını gözləyir:  “Hələlik bizə məhsullar üzrə yenilənmiş təkliflər təqdim olunmayıb. Onlar təqdim olunandan sonra nəsə demək olar. Bizim əsas vəzifəmiz məhsullar üzrə təkliflər üzərindəki işləri yekunlaşdırıb təqdim etməkdir ki, ikitərəfli danışıqlara başlaya bilək”.  
M. Məmmədquliyev bildirib əgər ölkələr istəsələr, onlarla xidmətlər üzrə ayrıca danışıqlar apara bilərlər.

Nəzərə çatdıraq ki, Azərbaycan ÜTT ilə ikitərəfli və çoxtərəfli danısıqlara məhz bu təskilata üzv olmaq üçün müraciət etdiyi vaxtdan, 1997-ci ildən baslayıb. Bununla belə, ikitərəfli danısıqlarda ABS, Avropa Birliyi, Avstraliya kimi aparıcı ölkələr ilə razılıq əldə etmək mümkün olmayıb. Aqrar, xidmət sektorları üzrə isçi qrupla ÜTT rəsmillərinin fikirləri üst-üstə düsmür. Bu baxımdan,Azərbaycanın bu təskilata nə zaman üzv olacağını proqnozlasdırmaq çətindir. Ən əsası isə 2013-ci ildən etibarən ÜTT ixraca yönəlik bütün subsidiyaları ləğv edəcək, aqrar sektor üzrə subsidiya divarı getdikcə daralır və təbii ki, bütün bunlar hökümətin iddia etdiyi kimi “güzəstli üzv olma” ehtimalarını sıradan çıxarır.

Məlumat üçün bildirək ki, MDB ölkələrindən Qırğızıstan, Gürcüstan, Moldova və Ermənistan artıq ÜTT-nin üzvüdürlər.

İ qtisadi və Sosial İnkişaf Mərkəzinin  rəhbəri Vüqar Bayramov Azərbaycanın üzvülüklə bağlı ÜTT-yə 13 ildir müraciət etdiyini deyir: “Xidmətlər üzrə təkliflərin təqdim edildiyi, məhsullar üzrə yenilənmiş təkliflərin təqdim olunmasının gözləndiyi qeyd edilsə də reallıq odur ki,Azərbaycan bu təşkilatda söz demək imkanı olan ölkələrlə razılıq əldə edə bilmir. Söhbət ABS, Avropa Birliyi, Avstraliya kimi aparıcı ölkələrdən gedir. Birləşmiş Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə olunması Ümumdünya Ticarət Təşkilatına  üzvülükdə ciddi bir irəliləyişdir. Amma təəssüf ki, Azərbaycan bu istiqamətdə uğura nail ola bilməyib”.

Bununla belə ekspert ÜTT-yə üzvülüyün yubanmasının tamamilə sözügedən ölkələrlə razılığın əldə olunmasındakı çətinliklərlə bağlamağı doğru hesab etmir: “Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzvülükdə yubanmaqda maraqlıdır. Və bu hiss edilir. Çünki qonşu dövlətlər Birləşmiş Ştatlarla və Avropa Birliyi ilə razılıq əldə edib Ümumdünya Ticarət Təşkilatına üzv ola biliblər. Deməli, Azərbaycanda da  təşkilata üzvülük pioritet məsələ olsa, adıçəkilən ölkələrlə  razılıq əldə edə bilər”.

Onun sözlərinə görə, ÜTT-yə üzvülüyün yubanması yalnız obyektiv səbəblərlə - Azərbaycanın statusunun inkişaf etmiş və ya inkişaf etməkdə  olması, aqrar sektorla bağlı yaşıl və ya  sarı zənbil üzrə danışıqların davam etdirməsi ilə bağlı deyil: “Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvülüyü ilə bağlı siyasi qərar olsa da,  son proseslər bəzi qurumların bu üzvülüyün ziyanları ilə bağlı müəyyən fikir formalaşdırmağa çalışdığını göstərir. Təşkilata üzvülüyün yubanması həmin dairələrdə süni şəkildə formalaşdırılan fikirlə bağlıdır.Lakin bu doğru deyil. Ümumdünya Ticarət Təşkilatına üzvülüyün müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri var. Belə ki, ilkin mərhələdə yerli sahibkarlar daha ciddi rəqabətlə üz-üzə gələcəklər. Nəzrə almaq lazımdır ki, bunun özü də aparılan danışıqlardan asılıdır. Çünki bütün hallarda təşkilata üzv olan ölkələrə güzəşt müddəti verilir”.

Mütəxəssis  Ümumdünya Ticarət Təşkilatına üzvülüyün şəffaflığın gücləndirilməsi, inhisarçılığın aradan qaldırılması baxımından kifayət qədər ciddi alət ola biləcəyini vurğulayır.  
İSİM rəhbərinin fikrincə ÜTT-yə üzvülüyün alternativi yoxdur: “Nə qədər yubatsa da belə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. Azərbaycanın Avropa və dünya iqtisadiyyatına inteqrasiya məsələlərini pioritet məsələlər sırasına daxil edib o baxımdan təbii bu təşkilata üzvülük qaçılmazdır”.

Hazırda Azərbaycanın  ikitərəfli danışıqlar apardığını diqqətə çatdıran iqtisadçı ÜTT ilə ikitərəfli və çoxtərəfli danışıqların sürətləndirilməsini təklif edir: “Danışıqlar sürətlənərsə, Azərbaycan öz mövqelərini qoruya bilər. Əgər danışıqlar ildə bir də aparılarcaqsa, o zaman yaxın vaxtlarda razılığın əldə edilməsi münkün deyil”.  

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır