Modern.az

QHT-lərin seçki prosesindəki missiyası...

QHT-lərin seçki prosesindəki missiyası...

24 İyun 2010, 14:47

Parlament seçkilərində vətəndaş cəmiyyətinin iştirakı hansı formada olmalıdır? Modern.az-ın məlumatına görə, bu gün Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının təşkil etdiyi müzakirələr bu mövzuya həsr edilmişdi. Tədbirin əvvəlində Koalisiyanın şura əlaqələndiricisi Razi Nurullayev təmsil etdiyi qurumun seçki fəaliyyətinə dair məlumat verib.

 

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə deyib ki, dövlətinin həyata keçirdiyi siyasətə uyğun olaraq Şura fəaliyyət göstərdiyi 2 il ərzində QHT-lərin vətəndaş cəmiyyətinin inkişaf və demokratiyanın dəstəklənməsi istiqamətində 100-dən çox layihəsinə maliyyə dəstəyi verib:

“Çox istərdik ki, QHT-lər seçki prosesində fəal olsunlar. Vətəndaş cəmiyyəti institutlarının çox böyük missiyası var. Bu missiya bəlkə də partiyalarınkından daha böyükdür. Onlar seçkilərin daha demokratik və şəffaf keçirilməsinə töhfə verə bilərlər. QHT-lər bu prosesdə sözün əsl mənasından aktivlik nümayiş etdirməlidirlər”.

 

A.Quliyev deyib ki, dövlət QHT sektorunun inkişafı istiqamətində bir sıra uğurlu addımlar atıb. Qanunvericilik sahəsində bu istiqamətdə bütün məhdudiyyətlər aradan qaldırılıb. “Əvəllər büdcəsinin 30 faizi xaricdən maliyyələşən QHT-lər seçkini müşahidə edə bilməzdilər. İndi iə QHT-lər heç bir məhdudiyyət olmadan seçkimi müşahidə edə bilkərlər. QHT-lər qanunvericiliyin izah olunması, seçicilərə çatdırılması üçün də xüsusi platformaya malikdirlər”. A.Quliyev təəsüflə bilrirb ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının büdcəsi hələki geniş mənada seçki monitorinqi (ekzit-pollu) və digər bi tipli layihələri maliyyələşdirməyə imkan vermir.

A.Quliyev deyib ki, seçkilərlə bağlı monitorinqlər aparan QHT-lər peşəkar hesabat hazırlayıb verməlidirlər. Siyasi qüvvənin sözçüsü qismində çıxış etməməlidirlər. “Onlar obyektiv və  ədalətli bir hesabat hazırlayıb ortaya qoymalıdırlar. Təssüf ki, bəziləri siyasi partiyaların nümayəndəlikləri qismində çıxış edirlər”. Şura sədri bu sahədə nöqsanların getdkcə aradan qalxacağına inandığını deyib.

ATƏT-in Bakı ofisinin demokratiya şöbəsinin müdiri Jaklin Karpenter vətəndaş cəmiyyətinin seçki prosesində iştirakını adi hal sayıb. “QHT-lərin bu fəaliyyəti üçün hüquqi baza da, blik və bacarıqları var. Amma istərdik ki, QHT-lər seçkidə daha böyük kontekstdə iştirak edə bilsinlər. Seçki maarifləndirməsi və monitorinqdə iştirakı ilə bağlı bir sıra regionlar var ki, orada QHT-lərə maneçilik yaradılır”.

Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?