Modern.az

“Torpaqlarımızı müharibə yolu ilə azad etməliyik”.

“Torpaqlarımızı müharibə yolu ilə azad etməliyik”.

Müsahibə

24 İyun 2010, 15:15

st1:*{behavior:url(#ieooui) }

Modern.az saytının suallarına 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən deputat İlyas İsmayılov cavab verir.

 

 

- İlyas müəllim, Milli Məclisin 5 illik fəaliyyətini necə qiymətləndirirsiz?

- Mübət qiymətləndirirəm.

- Cavabınızı hansı arqumentlərlə əsaslandıra bilərsiniz?

- Həm hüquqi cəhətdən, həm də ictimai-siyasi məsələlərə münasibətdə. Milli Məclis kifayət qədər qanun yaradıcılığı ilə məşğuldur. Ölkə qanunların; beynəlxalq standartlara uyğunlaşdırıb. Ölkənin inkişafı üçün qanunvericilik bazası yaradıb. Milli Məclis ölkənin həyatında mühüm rol oynayır. Elə məsələ qalmayıb ki, bu və ya digər formada Milli Məclis ondan kənarda qalsın. Amma nöqsanlar da var, həyat mürəkkəbdir. Ümumilikdə isə müsbət hesab edirəm.

- Özünüzün 5 illik fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Buna mənim seçicilərim qiymət versin. Özümün qiymət verməyim  düzgün olmaz.

- İlyas müəllim indiki parlamentdə özünüzə yeni dostlar qazana bildinizmi?

- Bu mənada çox razıyam. Parlamentdə həm YAP-çılar, həm də müxalifət tərəfindən mənə çox böyük hörmət var. Mənim narazılıq etməyə ixtiyarım yoxdur. Burada çox dəyərli insanlarla tanış olmuşam və özümə qarşı daim böyük də hörmət görmüşəm.

- Professional hüquqşünas kimi Milli Məclisin indiki tərkibi sizi qane edirmi? Ümumiyyətlə, növbəti parlamentin tərkibini necə görmək istəyərdiniz?

- İstərdim Milli Məclisdə dövləti təfəkkürlü insanlar olsunlar. Xalqını, vətənini sevən, məsələlərə dövlətin maraqları baxımından yanaşan adamlar olsunlar. Mən bizneslə siyasətin birləşməsinin əleyhinəyəm.

- İndi Milli Məclisdə dediyiniz kimi birləşmə halı varmı?

- Müəyyən dərəcədə belə hallar var. Mən istərdim ki, Milli Məclisdə o faktor olmasın. Təkrar edirəm dövləti təfəkkürlü insanlar olsun. Cəmiyyət içərisində hörmətli, nüfuzlu adamlar olsun. Çünki, Milli Məclisin nüfuzu ayrı-ayrı deputatların nüfuzu ilə bağlıdır.

- İlyas müəllim, 5 il müdddətində Qarabağ məsələsi ilə bağlı parlamentin mövqeyini necə dəyərləndirirsiniz?

- Bilirsiniz, Qarabağ məsələsi artıq beynəlxalq bir problemə çevrilib. Qarabağ məsələsində Milli Məslisin mövqeyi birmənalıdır. Hər dəfə Qarabağın azad olunmasını tələb edirik. Milli Məclis Qarabağ məsələsinə biganə deyil. Çox təəssüf ki, erməni yalanı, ermənilərin beynəlxalq əlaqələri bizim işimizi çətinləşdirib. Onların sərsəm ideyalarına inananlar var. Xüsusilə “Dağlıq Qarabağ” xalqının öz müqədərratını təyin etmək hüququnu ertiraf edən beynəlxalq qüvvələr var. Halbuki “Dağlıq Qarabağ” adında xalq yoxdur. Qarabağda yaşayan erməni və Azərbaycan əsilli insanlar olub. Onların da öz müqəddəratını təyin etmək ixtiyarları yoxdur. Mən də onu tərəfdarıyam ki, biz heç nədən çəkinmədən öz torpaqlarımızı müharibə yolu ilə azad etməliyik.

- Parlamentdə müxalifətin fəaliyyətini necə qiymətləndirirsiz?

- Müsbət. Bilirsiniz, bir insandan gücüdən artıq şey tələb etmək düzgün deyil. Bəzən bizimkilər məsəlyə maksimalist yanaşırlar. İmkana, şəraitə baxmırlar. Müxalifətdən olan deputatlar çox yaxşı çıxış edirlər. Düzdü bəziləri emosional, bəziləri qeyri-emosional çıxış edir. Hər halda öz mövqelərini bildirirlər.

- İlyas müəllim, deputatlar həmişə bir şeydən narazılıqlarını bildirirlər ki, məmurlar onların telefon zənglərinə, məktublarına cavab vermirlər. Siz də belə halla üzləşmisinizmi? Keçmiş fəaliyyətiniz bu məsələdə sizə yardımçı olur?

- Məndə elə bir problem olmur ki, mənə cavab verməsinlər. Telefonla da, rəsmi də cavab verirlər. Heç bir problem yoxdur.

 

       Təhminə PAŞAYEVA

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir