Modern.az

İlham Əliyev qoşunların döyüş təlimini izləyib

İlham Əliyev qoşunların döyüş təlimini izləyib

24 İyun 2010, 15:53

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 92-ci ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili Qoşunların birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimi keçirilib. Modern.az AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin taktiki döyüş tətbiqini əhatə edən təlimin əsas mərhələsini izləyib. Prezident İlham Əliyev xüsusi təyinatlıların döyüş fəaliyyətinin nümayişinə baxıb. Sonra Ali Baş Komandan hərbi texnika və silah nümunələri ilə tanış olub. Məlumat verilib ki, burada nümayiş olunan hərbi texnika yüksək standartlara cavab verir və güclü döyüş qabiliyyətinə malikdir. Prezident, Ali Baş Komandan İlham Əliyev bölmələrin, hissələrin və silah sistemlərinin döyüş tətbiqi üzrə təlimləri izləyib. Hərbçilər qarşısında çıxış edən Ali Baş Komandan İlham Əliyev hərbi xidmətdə fərqləndiklərinə və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 92 illiyi münasibətilə bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir