Modern.az

15-20 yaşlı gənclər üçün fotojurnalistika təlimi təşkil edilir

15-20 yaşlı gənclər üçün fotojurnalistika təlimi təşkil edilir

Qarabağ

24 İyun 2010, 16:46

“Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan 15-20 yaş arası gənclər üçün fotojurnalistika sahəsində 1 günlük təlim təşkil edir. Birlikdən Modern.az-a verilən məlumata görə, təlimin məqsədi gənclərə foto jurnalistika sahəsində  bilik və bacarıqlar vermək, müasir informasiya vasitələrindən istifadə etməklə hazırladıqları foto layihələri geniş ictimaiyyətin diqqətinə çatdırmaqda yardım etməkdən ibarətdir. 1 günlük təlimdə fəal iştirak edən gənclər seçiləcək və təşkilat tərəfindən təşkil ediləcək 4 günlük təlimdə iştirak etmək şansı qazanacaqlar. Təlimdə iştirak etmək arzusunda olanlar ərizə ilə  təşkilatın e-mail ünvanına ([email protected]) müraciət edə bilərlər. Təlimin keçiriləcəyi tarix və yer haqqında əlavə məlumat iştirakçılara telefon və ya e-mail vasitəsilə bildiriləcək. Hər bir rayondan seçilən gənclər üçün 1 günlük təlimlər həmin rayonun özündə təşkil olunacaq.

Layihə Demokratiya Komissiyası Kiçik Qrantlar Proqramı tərəfindən maliyyələşdirilir və 6 ay müddətində həyata keçiriləcəkdir.

Ərizə formasını www.yaddash.org saytından da yükləyə bilərsiniz.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı