Modern.az

Jurnalistlər Rəbiyyət Aslanova ilə görüşəcəklər

Jurnalistlər Rəbiyyət Aslanova ilə görüşəcəklər

Parlament

24 İyun 2010, 16:52

Modern.az saytı xəbər verir ki, sabahdan başlayaraq Parlament Jurnalistlər Birliyinin bir qrup üzvü Milli Məclisin komitə rəhbərləri ilə görüşə start verəcəklər. Bu barədə məlumatı qurumun sədri Elşad Eyvazlı verib. O qeyd edib ki, bu cür görüşlər hər həftənin cümə günü baş tutacaq və jurnalistlər hər dəfə bir komitə rəhbəri ilə açıq şəkildə diskussiya edəcəklər: “Burada məqsəd üçüncü çağırış Milli Məclisin beş illik fəaliyyətinə komitə rəhbərinin münasibətini öyrənmək, komitənin gördüyü işlər, hazırladığı sənədlər barədə geniş məlumat əldə etmək, digər məsələlər barədə geniş diskusiya aparmaq, jurnalistləri maraqlandıran suallara cavab almaqdır. Nəzərdə tutmuşuq ki, parlament seşkilərinə qədər bu prosesi başa çatdıraq. Sabah üzvlərimiz Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ilə görüşəcəklər”.

 

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır