Modern.az

2 yaşını qeyd edəcək lent.az əməkdaşlarını mükafatlandıracaq

2 yaşını qeyd edəcək lent.az əməkdaşlarını mükafatlandıracaq

Media

24 İyun 2010, 17:42

Lent.az xəbər portalı sabah 2 yaşını qeyd edəcək. Portalının baş redaktoru Qabil Abbasoğlu Modern.az saytına bildirib ki, lent.az 2 yaşını xüsusi təmtəraqla qeyd etməyəcək: “Lent.az-ın 1 yaşı qeyd olunanda müxtəlif qonaqlar çağırmışdıq. Xüsusi mərasim təşkil etmişdik. Bu il isə ancaq əməkdaşlarımızla birgə öz aramızda qeyd edəcəyik”.

Q.Abbasoğlunin sözlərinə görə, hazırda lent.az portalının 15-dən çox əməkdaşı var. “Elə əməkdaşlaımızla da yeyib-içib şənlənəcəyik. Lent.az əməkdaşları üçün, eləcə də mənim üçün fəxrdi ki, belə bir saytda çalışırıq. Bizim üçün hər gün bura gəlmək, burada çalışmaq özü bir mükafatdır. Ancaq hər bir əməkdaşımız illik fəaliyyətlərinə görə pul şəklində, eləcə də digər formada mükafatlandırılacaq”.

Onlayn xəbər portalı kimi Azərbaycan dilində fəaliyyət göstərən lent.az 2008-ci il iyun ayının 25-dən internet istifadəçilərinin ixtiyarındadır. Təhminə Paşayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər