Modern.az

Qarabağ İctimai Forumu yaradılıb

Qarabağ İctimai Forumu yaradılıb

24 İyun 2010, 19:09

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində QHT-lərin Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş növbəti toplantı keçirilib. Tədbirdə millət vəkili, tarixçi alim Cəmil Həsənli, millət vəkili “Lider qadınlar” İctimai Birliyini sədri Məlahət İbrahimli, millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Azəri-Türk” Qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi, Milli İnternet Forumunun rəhbəri Osman Gündüz, Vətəndaş cəmiyyəti uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov, “Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu  iştirak ediblər.

Toplantıda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında vətəndaş cəmiyyəti institutlarının rolu və imkanları bir daha müzakirə edilərək, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkədə fəaliyyət göstərən QHT-lər üzrə müəyyən koordinasiyanın yaradılması təklifi irəli sürülüb.

Müzakirələrdən sonra Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatı və ictimaiyyətin tanınmış nümayəndələri səyləri birləşdirərək, Qarabağ müharibəsi ilə bağlı təbliğat işlərinin yeni müstəvidə aparılması, problemin daha da aktuallaşdırılması və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarının təkmilləşdirilməsi məqsədilə Qarabağ İctimai Forumunun yaradılması (QİF) barədə qərar qəbul edib. Əlavələr və düzəlişlər nəzərə alınmaqla Forumun gələcək fəaliyyətinin prioritetlərini nizamlayan Əsasnamə qəbul olunub. Əsasnaməyə görə, Forumun rəhbəri növbəlilik əsasında ildə bir dəfə seçilir və forumun işləri onun rəhbəri tərəfindən əlaqələndirilir. QİF dövlət orqanları və Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə əlaqəli şəkildə fəaliyyət göstərəcək.

QİF-in fəaliyyətinin əsas məqsədi Qarabağ münaqişəsi ilə bağlı təbliğat işlərini ölkədə və ölkədən kənarda gücləndirməkdən, sistemləşdirməkdən, aktuallaşdırmaqdan və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üsullarını təkmilləşdirməkdən ibarətdir.

Sonda Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlun QİF-in ilk sədri seçilib.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir