Modern.az

Prezident Azərbaycanın bir sıra ölkələrdəki səfirlərini dəyişib

Prezident Azərbaycanın bir sıra ölkələrdəki səfirlərini dəyişib

25 İyun 2010, 09:42

Prezident İlham Əliyev Azərbaycanın bir sıra xarici ölkələrdəki diplomatik korpuslarının rəhbərləri ilə bağlı sərəncamlar imzalayıb. Belə sərəncamlardan biri ilə Faiq Nüsrət oğlu Bağırov Misirdə fövqəladə və səlahiyyətli səfir və Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçi vəzifələrindən geri çağırılaraq Türkiyəyə səfiri təyin edilib.

Şahin Şakir oğlu Abdullayev Küveytdə səfir vəzifəsindən geri çağırılaraq Misirə səfir göndərilib. Küveytdə səfir vəzifəsi isə Tural Anar oğlu Rzayevə tapşırılıb.

Qazaxıstanda fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışan Lətif Seyfəddin oğlu Qəndilov da geri çağırılıb. Onu Türkiyədəki sabiq səfir Zakir Arif oğlu Həşimov əvəzləyib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır