Modern.az

Çeçenlər Ukraynanın tərəfində vuruşacaq batalyon yaradıblar

Çeçenlər Ukraynanın tərəfində vuruşacaq batalyon yaradıblar

5 İyun 2014, 13:08


“Azad Qafqaz” ictimai-siyasi hərəkatı Donbasda Rusiya yönlü separatçıların tərəfində döyüşən muzdlu çeçenlərin qəhrəman çeçen xalqını təmsil etmədiyini bəyan edib. Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, hərəkatın yaydığı bəyanatda çeçenlərə və qafqazlılara çağırış da edilib: “Əsl çeçenlər və qafqazlılar başa düşürlər ki, Ukraynanın azadlığı dünyanın bütün əzilən xalqlarının azadlığı deməkdir və bunu nəzərə alan azadlıqsevər çeçenlər həmişə öz ukraynalı qardaşlarının yanında olacaqlar”.

Hərəkatdan verilən digər bir açıqlamaya görə, məcburiyyət qarşısında qalaraq müxtəlif Avropa ölkələrində yaşayan İçkeriya Çeçen Respublikasının ləyaqətli vətənpərvərləri Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü başlayan ilk gündən Cövhər Dudayev adına “Könüllülərin beynəlxalq sülhməramlı batalyonu”nu yaradıblar və onun rəhbəri general İsa Munayevdir. Qeyd edilir ki, həmin batalyona artıq 300-dən çox çeçenin üzv yazılıb və onların yeganə məqsədi Ukrayna xalqının Rusiya imperiyasına qarşı azadlıq və müstəqillik uğrunda mübarizəsində yardımçı olmaqdır.

 Modern.az 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub