Modern.az

Bu gün bakalavrlar üçün son gündür

Bu gün bakalavrlar üçün son gündür

25 İyun 2010, 12:43

2010/2011-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrların ixtisaslaşma seçimi bu gün başa çatır.  

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) məlumatına görə,  bakalavr seçdiyi ixtisaslaşmaları istədiyi ardıcıllıqla internet səhifəsindəki müvafiq elektron ərizə formasına daxil edir, hər bir  ixtisaslaşma üzrə ödənişli əsaslarla və ya dövlət sifarişi əsasında təhsil  almaq istədiyini qeyd edir və öz ixtisaslaşma seçimini təsdiqləyir.

Təhsili ödənişli əsaslarla həyata keçirilən ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 75-dən, o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılıblar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə ixtisaslaşma seçiminə və müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (müəyyən proqramlar üzrə 80-dən), o cümlədən ixtisas üzrə testlərdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavablardan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılmışlar. Tədrisi ingilis dilində olan ixtisaslaşmalar üzrə müsabiqədə iştirak etmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır.

İxtisaslaşma seçimində hər bir bakalavr 20-dək ixtisaslaşma kodu seçə bilər. Bakalavrın seçdiyi ixtisaslaşmalar onun imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olmalıdır.

Müsabiqədə iştirak hüququ olan 5238 bakalavrdan 4445 nəfəri ixtisaslaşma seçimi edərək təsdiq edib.

Magistraturaya qəbul imtahanının  ikinci mərhələsi ilə bağlı müraciətlərə 23 ‑ 25 iyun 2010-cu il tarixində saat 9.00-dan 17.00-dək TQDK-da təşkil olunmuş apelyasiya komissiyasında (ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 17) baxılır.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır