Modern.az

İlham Əliyev Lənkərana gedib

İlham Əliyev Lənkərana gedib

Təhsil

25 İyun 2010, 13:09
 Azərbaycan Prezidenti İlham Əliyev iyunun 25-də Lənkəran rayonuna gedib. İlham Əliyev mədəniyyət və istirahət parkında mərhum dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstəsi qoyub.

Prezident Lənkəranda bir sıra müəssisələrin açılışında da iştirak edib.

Belə ki, o, Sütəmurdov kəndində konserv zavodunun və çay fabrikinin açılışında iştirak edib. st1:*{behavior:url(#ieooui) }

Konserv zavodu “Gilan-Holdinq” Şirkətlər Qrupu tərəfindən inşa edilib.

Ümümi sahəsi 10 ha, tikinti sahəsi 1 ha. olan obyektin tikintisinə 2008-ci ilin may ayında başlanılıb və işlər 2010-cu ilin mart ayında başa çatdırılıb. Bu zavodun işə düşməsi ilə

yerli əhalinin iş yerlərinə cəlb etməyə imkan verəcək. Burada iş yerlərinin sayı 300 nəfər üçün  nəzərdə tutlub. Zavodda 200 nəfəri daimi, 100 nəfəri isə mövsümi işlə təmin ediləcək.

İlham Əliyev daha sonra Sütəmurdov kəndində “Gilan TEA” çay fabrikinin açılışına da qatılıb. Fabrikin tikintisinə 2009-cu ilin iyun ayında başlanıldığı, 2010-cu ilin mart ayında başa çatdırıldığı bildirilib. Tikinti sahəsi 2000 m2, ümumi sahəsi 1 ha olan fabrik saatda  2.5 ton yaşıl çay yarpağı qəbul etmək gücünə malikdir. Burada iş yerlərinin sayı 60 nəfərdir.

Sonra prezident daha bir neçə obyektin açılışında iştirak etmək üçün Lerikə gedib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!