Modern.az

İyulun 4-də III qrupun qəbul imtahanları keçiriləcək

İyulun 4-də III qrupun qəbul imtahanları keçiriləcək

25 İyun 2010, 13:41

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə iyunun 25-də ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə həsr olunmuş növbəti həftəlik mətbuat konfransı keçirib. Modern.az-ın məlumatına görə, M.Abbaszadə bildirb ki, ali məktəblərə qəbul üzrə ilk imtahan iyulun 4-də keçiriləcək. Həmin gün III ixtisas qrupuna sənəd verən abituriyentlər imtahan olunacaqlar.

Daha sonra ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı məlumat verilib. TQDK sədri bununla bağlı "Abituriyent" jurnalının 4-cü sayının nəşrə hazırlandığını və növbəti həftə işıq üzü görəcəyini qeyd edib.

M.Abbaszadənin sözlərinə görə, iyulun 8-dən avqustun 10-dək 9 illik təhsil bazasından orta ixtisas məktəblərinə sənəd qəbulu aparılacaq.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi