Modern.az

Qəbələdə daşqın olub, insanlar təxliyyə edilib

Qəbələdə daşqın olub, insanlar təxliyyə edilib

Təhsil

25 İyun 2010, 13:49

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 24-25 iyun tarixində axşamdan başlayaraq respublika ərazisində hava şəraiti kəskin dəyişib, güclü külək, leysan xarakterli yağışlar nəticəsində respublikanın bəzi rayonlarında yaşayış evlərinə, sosial-inzibati obyektlərə, əkin sahələrinə, elektrik və rabitə təsərrüfatlarına ziyan dəyib.

 Hazırda müvafiq komissiyalar tərəfindən yerlərdə dəymiş ziyanın məbləği müəyyənləşdirilir.

Mirzəbəyli çayının Qəbələ rayonu Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində isə daşqın olub. Nəticədə, bir neçə fərdi yaşayış evini su basıb. Hadisə yerinə cəlb edilmiş xilasedicilər həmin evlərdən sakinləri təxliyyə edib, iri və xırdabuynuzlu heyvanları xilas edib, həmçinin, xüsüsi texnika vasitəsilə çaydan axının qarşısını alıblar.

Daxili İşlər Nazirliyinin verdiyi xəbərə görə, iyunun 24-də saat 20.00 radələrində güclü yağış və külək nəticəsində Tərtərin Düyərli kəndində Bərdə rayon sakini Seyfəddin Piriyevə məxsus "VAZ-2103" markalı avtomaşının üstünə ağac düşüb. Bu zaman S. Piriyev və sərnişinlərindən biri - Bərdə rayon sakini Mətləb Paşayev ölüb, digər sərnişinləri Səbuhi Yaqubzadə, Cəmil Cahangirov və onun qardaşı Şəfa isə xəsarət alıblar.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir