Modern.az

Lukaşenko inauqurasiyaya möhtəşəm kortejlə gəlib

Lukaşenko inauqurasiyaya möhtəşəm kortejlə gəlib

7 İyun 2014, 10:39



Ukraynanın yeni seçilən prezidenti Pyotr Poroşenkonun bu gün keçiriləcək inauqurasiya mərasiminə xarici ölkələrdən rəsmi nümayəndə heyətlərinin təşrif buyurması iyunun 6-dan başlayıb. Artıq bir neçə ölkə rəsmisi Kiyevdədir. Dünən kiyevliləri təəccübləndirən hadisələrdən biri də baş verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun Ukrayna paytaxtına diqqətləri özünə cəlb edən kortejlə gəlib. Kortejdə 11 avtomobil olub. Ancaq bu dəfə Belarus prezidenti kiçik oğlunu özü ilə gətirməyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir