Modern.az

Milli Şura Qubada 7 günlük yay məktəbi təşkil edəcək

Milli Şura Qubada 7 günlük yay məktəbi təşkil edəcək

25 İyun 2010, 16:14

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNICEF – lə birgə “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” adlı layihə çərçivəsində 27 iyun - 4 iyul 2010 – cu il tarixdə Quba şəhərində yerləşən “Quba Olimpiya Kompleksində” 7 günlük yay məktəbi təşkil edəcək.

Milli Şuradan Modern.az-a verilən məlumata görə, yay məktəbində Ucar, Şirvan, Göyçay, Beyləqan, İsmayıllı, Mingəçevir, Quba, Yevlax, Kürdəmir, İmişli, Sabirabad, Samux, Zaqatala, Şamaxı, Sumqayıt, Göygöl, Xaçmaz, Şəmkir, Naftalan, Gəncə, Qəbələ, Ağdaş, Bakı və Naxçıvan Muxtar Rerspublikasından 13 - 15 yaşlı 120 uşaq və yeniyetmə iştirak edəcək.

Yay Məktəbinin təşkilində başlıca məqsəd, region və paytaxt gəncləri arasında sağlam həyat tərzinin təbliği, liderlik bacarıqlarının aşılanması, erkən nigah, zorakılıq kimi halların qarşısının alınmasıdır. Yay məktəbinin maraqlı, interraktiv və faydalı olması üçün iştirakçilara uşaq hüquqları, gənclərin iştirakı və liderlik, ayrı – seçkilik, tolerantlıq üzrə təlimlər keçiriləcək və intellektual və fiziki oyunlar təşkil olunacaq.

Yay məktəbi çərçivəsində gənclər Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, UNİCEF, Milli Məclis üzvləri və digər hökumət və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək.

Tədbirin açılış mərasimi 27 iyul 2010 – cu il saat 17:00 da Quba Olimpiya Kompleksində həyata keçiriləcək. Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, UNİCEF – in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervard, millət vəkili, ARGTMŞ sədri cənab Fuad Muradov, Quba Rayon İcra Hakimiyyətinin başçisi cənab Rauf Həbibov və digər vəzifəli şəxslər iştirak edəcək.

Qeyd edək ki, yuxarıda adı çəkilən yay məktəbi “Sağlam Düşün, Sağlam Yaşa, Sağlam Ol” adlı layihə çərçivəsində həyata keçirilən tədbirin ikinci hissəsidir. Tədbirin birinci hissəsi 4 - 10 iyun 2010 – cu il tarixdə Lənkəran şəhəri “Palıdlı sahil” istirahət mərkəzində təşkil olunmuşdu. Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir