Modern.az

Şirin dadın qorxusu

Şirin dadın qorxusu

25 İyun 2010, 15:14

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son günlər əhaliyə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan müxtəlif adda və çeşiddə dondurmaları almamağı tövsiyyə edir.

Bəs hansı dondurmaları almaq olar?

Modern.az Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən dondurmanın tərkibi və növləri, qablaşdırılması və markalanması, saхlanmasına aid tələbləri öyrənib.

Növləri

 

Dövlət Xidmətindən verilən məlumatda bildirlr ki, dondurma yüksək qidalılıq dəyərinə malik olan, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun istehsalında əsasən süd, şəkər, yumurta, kərə yağı, dad və ətirverici maddələr, stabilləşdiricilər və s. maddələrdən istifadə olunur. Əsas dondurma növlərinə süd əsaslı (südlü, qaymaqlı, plombir), meyvə-giləmeyvə əsaslı (bir və ya bir neçə növ meyvə və giləmeyvədən, yaxud onların emal məhsullarından hazırlanan dondurma) və aromatik (şəkər şərbəti əsasında, ətirli qida essensiyaları və yağları əlavə edilməklə hazırlanan dondurma) dondurmalar aiddir.

Qablaşdırılma və markalanma

Dondurma daхildən qalaylanmış qapağı möhkəm örtülən metal qablarda qablaşdırılmalıdır. Qapağın altından perqament və yaхud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar isə daхilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırılır.

Ədədlə satılan хırda çəkilib-bükülmüş dondurmalar vafli stəkanlarda, parafinləşdirilmiş karton stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə, qapaqlı polistirol stəkanlarda və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraхılmalıdır.

İstehlak tarasında qablaşdılılmış dondurmanın etiketində aşağıdakı məlumatlar olmalıdır:

- istehsalçı müəssisənin adı, ünvanı və əmtəə nişanı;

- dondurmanın adı və tərkibi (qida əlavələri daxil olmaqla);

- xalis kütləsi;

- istehsal tarixi;

- saxlanma şəraiti və müddəti;

- məhsulun qida və enerji dəyəri barədə məlumat;

- sertifikatlaşdırma haqqında məlumat və müvafiq standartın işarəsi.

Saхlanması

Dondurmanın topdansatış obyektlərində soyuducu kameralarda saxlanma müddəti mənfi 240C-dən yüksək olmayan tempetraturda ən çoxu 1 ay, mənfi 180C-dən yüksək olmayan temperaturda ən çoxu 20 sutka, mənfi 120C-dən yüksək olmayan temperaturda ən çoxu 5 sutkadır.

Pərakəndə satış şəbəkəsində dondurmanın satış müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 180C-dən yüksək olmayan temperaturda 10 sutkadan, mənfi 120C-dən yüksək olmayan tempe-raturda 2 sutkadan artıq olmamalıdır.

Dondurmanın topdansatış obyektlərin soyuducularında saxlanılması və ticarət şəbəkəsində satılmasının ümumi müddəti mənfi 240C-dən yüksək olmayan temperaturda 1 aydan, mənfi 180C-dən yüksək olmayan temperaturda 20 sutkadan, mənfi 120C-dən yüksək olmayan temperaturda 7 sutkadan artıq olmamalıdır.

Dondurmanı ev şəraitində mənfi 180C-dən yüksək olmayan temperaturda alındığı gündən etibarən ən çoxu 5 sutka saxlamaq məsləhət görülür.

Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda məhsullarda mikrobioloji yoluxma ehtimalı artır. Bu cür məhsulların istehlakı insan orqanizmi üçün müxtəlif fəsadlara yol aça bilir.

Odur ki, dondurma alarkən saxlanma şəraitinə və formasına diqqət edin. İri buz kristalları əmələ gələn dondurmalar keyfiyyətsiz hesab olunur.

İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çəkinin. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir