Modern.az

Cənub bölgəsində yeni qasırğa gözlənilir

Cənub bölgəsində yeni qasırğa gözlənilir

25 İyun 2010, 16:50

Ötən  gecə saat 01.10 radələrində cənub bölgəsində  güclü qasırğa qopub. Lənkəran hidrometroloji müəssisəsinin direktor əvəzi İdris Höccətovun Modern.az-a verdiyi məlumata görə, qasırğanın sürəti orta hesabla saniyədə 20 metrdən yuxarı olub.   

Güclü külək  evlərin damlarına ciddi ziyan vurub, yüzlərlə ağacı kökündən qoparıb. Lənkəranın Şilavar kəndində bir qarajın dam örtüyü qoparaq qonşu evin üzərinə düşüb. Xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Külək həmçinin Lənkəran şəhərində  9 mərtəbəli evin dam örtüyünü qoparıb. Bölgənin  elektrik, rabitə təssərüfatları qasırğadan ciddi ziyan çəkib.

 İdris Höccətov bildirib ki, yalnız Yardımlı rayonunda küləyin gücü zəif olub. Biləsuvar, Cəlilabad da külək güclü olub. Leriklə rabitə əlaqəsi kəsildiyindən vəziyyət barədə məlumat azdır. Masallı rayonu da güclü küləkdən ziyan çəkib. İ.Höccətov bildirib ki, iyunun 26-na kimi yenidən qasırğa olacağı istisna olunmur.

  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?