Modern.az

Prokurorluq orqanlarının bəzi vəzifəli şəxsləri cəzalandırılıb

Prokurorluq orqanlarının bəzi vəzifəli şəxsləri cəzalandırılıb

25 İyun 2010, 17:33

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralovun əmri ilə konkret cinayət işi üzrə hərtərəfli, tam və obyektiv istintaq aparılması təmin edilmədiyinə, təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulması ilə nəticələnən qanunsuzluq hallarına yol verildiyinə görə bəzi prokurorluq işçiləri cəzalandırılıb.
Belə ki, Sumqayıt şəhər prokurorluğunun və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin bir sıra vəzifəli şəxsləri ciddi intizam məsuliyyətinə cəlb olunub, o cümlədən həmin idarənin rəis müavini Məhəmməd Cabbarov tutduğu vəzifədən azad edilib. Eyni zamanda, istintaq işinin keyfiyyətinin yüksəldilməsi, ibtidai araşdırmaya prosessual rəhbərliyin və cinayət işlərinin istintaqı üzərində prokuror nəzarətinin gücləndiriləməsi məqsədilə bütün tabe prokurorlara konkret tapşırıqlar verilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir