Modern.az

Azərbaycanın bir neçə rayonunda 20 kəhriz bərpa olunacaq

Azərbaycanın bir neçə rayonunda 20 kəhriz bərpa olunacaq

25 İyun 2010, 18:20

Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) Azərbaycanda ənənəvi su mənbələri olan kəhrizlərin bərpası layihəsini başlamaq üçün saziş imzalayıb. “Kəhrizlərin Bərpası Layihəsi”nə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi maliyyə dəstəyi göstərir və kəhrizlərin bərpasında böyük və zəngin təcrübəsi olan BMqT bu layihə çərçivəsində Azərbaycanın Bərdə, Goranboy, Samux, Şəmkir, Tərtər, Tovuz və başqa rayonlarında əhalinin su resurslarına çıxış imkanını yaxşılaşdırmaq üçün 20 kəhriz bərpa etməyi planlaşdırır. 

Beynəlxalq Miqrasiya Təşkilatından Modern.az-a verilən məlumata görə, layihənin büdcəsi 1,2 million ABŞ dolları təşkil edir, və layihə 1 iyul 2010-cu il tarixində başlanıb 2,5 il davam edəcək.

 

Dünyanın digər yerlərində olduğu kimi, Azərbaycanda da su qıtlığı mövcuddur. Azərbaycan ərazisinin əksər hissəsi dünyanın ən quru yerlərindən biri hesab edilir. Kəndlərdən şəhərlərə miqrasiyanın səbəbi də içməli və suvarma suyuna olan çıxışın kifayət səviyyədə olmamasıdır. Azərbaycanda qədim texnologiyaya malik və əsrlər boyu davamlı su təchizat mənbəyi kimi istifadə olunmuş kəhrizlər Sovet dövründə baxımsız vəziyyətdə qalıb. Onların çoxu dağılıb və ya çoxunun su təminatı kəskin şəkildə azalıb. Səmərəli olmaqla yanaşı enerji sərf etməyən və saxlanılması ucuz başa gələn kəhrizlər hal-hazırda müasir Azərbaycanda yeni dirçəliş dövrü yaşayır.          

     

Layihənin ümumi məqsədi kənd təsərrüfatı istehsalının artırlması və həyat şəraitinin yüksəldilməsi üçün  kənd icmalarının enerjidən azad su mənbələri ilə təminatını yaxşılaşdırmaqla ətraf mühit təsirindən yaranan iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.  

 

Nəticə etibarilə, icmaların istehlak və kənf təsərrüfatı üçün su təminatı artırılacaq, təxminən 3000 təsərrüfatın içməli və suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, su resurslarının idarə olunması sahəsində icma üzvlərinin (qadəınların da iştirak etdiyi) potensialları artırılacaqdır. Əlavə olaraq, 20 kənddə yaşayan icmalar üçün suvarma kanallarının bərpası planlaşdırılır.   

 

“BMqT və KOICA inanır ki, bu layihə Azərbaycanda nəinki iqtisadi, icma və kənd yerlərinin inkişafına, həmçinin daxili miqrasiyanın idarə olunmasına töhfə verəcək”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır