Modern.az

Gültəkin Hacıbəyli AŞPA-da məruzəçi təyin olunub

Gültəkin Hacıbəyli AŞPA-da məruzəçi təyin olunub

25 İyun 2010, 18:24

İyunun 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Siyasi Məsələlər Komitəsinin yay sesiyası çərçivəsində növbəti yığıncağı olub.
AzərTAc-ın məlumatına görə, toplantıda Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəyli “Avropa Şurasının (AŞ) üzvü olan ölkələrin vətəndaşları girov götürüldüyü təqdirdə AŞ-ın vasitəçilik missiyası” mövzusu üzrə məruzəçi təyin edilib. Məruzəçi kimi onun namizədliyini komitə üzvləri yekdilliklə dəstəkləyiblər.
Son vaxtlar azərbaycanlı deputatların Avropa Şurasında aktual məsələlər üzrə məruzəçi təyin edilmələri qurumda onlara böyük etimad göstərilməsindən, Azərbaycan-Avropa Şurası arasında əməkdaşlığın yüksək səviyyədə inkişafından xəbər verir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir