Modern.az

Prezident Uzunömürlülər muzeyinin açılışına qatılıb

Prezident Uzunömürlülər muzeyinin açılışına qatılıb

25 İyun 2010, 19:04
 İyunun 25-də Cənub bölgəsinə səfəri çərçivəsində Prezident İlham Əliyev Lerikdə Uzunömürlülər muzeyinin açılışında iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib, muzeylə yaxından tanış olub.

Məlumat verilib ki, bu muzeyin məhz Lerikdə yaradılması təsadüfi deyil. Bu rayon dünyada uzunömürlülər diyari kimi şöhrət qazanıb. Dağlar qoynunda yerləşən Lerik rayonunda vaxtilə 500 nəfərdən çox uzunömürlü insan yaşayıb. Hazırda rayonun yaşı 100-ü keçmiş 20-dən çox sakini var.
Dünyada yeganə olan bu muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Muzeydəki 40-dək fotoşəklin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop bu əsərlərini Parisdə təşkil etdiyi “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib. Muzeydə planetin ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid guşələr yaradılıb.

İham Əliyev Lerikdə Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, rayonun Mədəniyyət Evində, mərkəzi xəstəxanasında aparılmış yenidənqurma işləri ilə tanış olub, “Şəhidlər” abidə kompleksini ziyarət edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir